Əsas səhifə » Poeziya » Qayıdarsan, bəlkə də…

Qayıdarsan, bəlkə də…

rufat ahmadzada gitaradaHislərimə əsir oldum, bilirəm…
Sözlərimdən kimsə təsirlənmədi,
Özüm dedim, özüm duydum,
Elə özüm yesir oldum, bilirəm…
Sənə xeyri olmadı.
Olsaydı, gedərdinmi?

Bu nədir ey,
elə “getmək-atmaq” dərdi çəkirik…
Şair tayfasının bikarlığıymış.
Əlindən heç nə gəlməyən şairin,
Şeirləri sən demə
Qız bişirənlərin şikarlığıymış.

Hədərdir ey…
Artıq keçdi şeirlə qız tutulduğu zamanlar…
Artıq keçdi şeirlə yas tutulduğu zamanlar…
Yaxşı sponsoru olan bir müğənniyə verəsən
Yüngül ritm üstündə
“Daha səni sevmirəm” mahnısını.
Oxuya gündüz-gecə…

Dinləyərsən bəlkə də…
Qayıdarsan, sadəcə
Bu sözü demək üçün:
“O ləçərlə aranızda nəsə var?”
Artıq keçdi şeirlərlə
Qəlb odlayan zamanlar!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma