“Bir ölkənin portreti”

Təsəvvür edin ki,
Sizin ölkənizin ən alçaq bir adamı
“İlin vətənpərvəri” seçilibdir…
Ya da zəhmət çəkməyin,
Heç təsəvvür etməyin…
Bir saytı açıb baxın…
Gördünüzmü?
Nə hiss etdiniz bu an?
Bilirəm, hiss edirəm…
Bu ölkədən getməyə
Bütün səbəblər varkən,
Bir bəhanə çatışmır.

Təsəvvür edin ki,
Sizin ölkənizdə yazıçılar kirələrdə sürünür,
Amma adını yaza bilməyənlər
Gündə maşın dəyişir…
Ya da zəhmət çəkməyin,
Beyninizi yormayın…
Televizoru qoşub kanallara göz atın.
Həyatınıza nifrət etdinizmi?
Ölmək üçün bütün səbəblər varkən,
Bir öldürən çatışmır.

Bir nağıl da uydurun:
Guya hər şey yaxşıdır,
Qanun şahlar üçün də baş tacıdır,
İnsanlara mövqeyinə görə yox,
Cinayətə görə cəza kəsilir…
Hakim sifarişlə yox,
ədalətlə işləyir…
Polis rütbə üçün yox,
Vicdan üçün çalışır…
Və gözəl xanımlar da,
Kişilərə kişiliyə görə ərə gedirlər.
Başınızmı gicəldi?
Yıxılmaq üçün çox səbəb var ikən,
Basdırılmaq üçün torpaq çatışmır.

Rüfət Əhmədzadə 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma