Əsas səhifə » Poeziya » Valentin günə boykot şeiri

Valentin günə boykot şeiri

Biz “Valentin” qeyd etmirik,

Biz kredit veririk…

Gəlib-keçən xoş günləri sükutla yad edirik.

Biz “Sevgililər günü”nü uzaqdan-uzağa qeyd eləmişdik…

Bir-birimizi həyəcanla təbrik etmişdik…

Və sadəcə sevinmişdik, ovunmuşduq

Gələcəyə dair xəyallar ilə.

 

Birgəliyin dadını

kartof qızartmasıyla da çıxarmaq olar, deyilmi?

Stolun üstündə şam yandırmağa

İşıq idarəsi səbəb yaradar.

Çox soyuq olanda bərk-bərk basar bağrına

Şair öz sevdiyini…

Sağ olsun, qaz idarəsinin bütün kollektivi!

 

Sağolsun, bütün əməyi keçənlər…

İnsanlar sevgisindən yapışar bərk-bərk.

Yazıçılar daha çox realist,

Xanımları daha çox romantik

Olmağa çalışar bir anda.

Hər birinin üzündə pərtlikdən doğan təbəssüm…

Gözlərdə isə hələ də nəfəs alan ümid var…

Sağ olsun,

hələ də aparmaq üçün gəlməyə gecikənlər!

 

Biz “Valentin” qeyd etmirik,

Biz “Kral krediti”

kimi reklamlar görüb sevinirik.

Biz nökərliyimizlə barışmışıq…

Amma hamını inandırmağa çalışırıq ki,

Bir sevgi uğrunda mübarizə əsgərləriyik.

 

Və hər şeydən əvvəl,

Ona görə qeyd etmirik ki,

Valentin döyüşkən oğlanları yoldan çıxarıb.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma