“Adım anonim qalsın” kitabından…

3d-proyektRüfət Əhmədzadə – Gecəni tərk edəndə

(mənsur şeir)

Sən tərk etdin gecəni. O, səni hələm-hələm buraxmaq istəmirdi. O, səni həlim-həlim oxşamaq istəyirdi. Belə gəldi, belə oldu, gecə qaldı… Sən getdin. Bir gecədə min gecəni buraxdın, işgəncənimi deyim, yoxsa varlığın haqda düşüncənimi deyim? Sən tərk etdin gecəni.

Bir körpə qaldı geridə, bəlkə… Ağlayırdı o necə, sən onu bu gecənin zülmətində qoyub getdiyin zaman. Nə olsun ki, subaysan, indiyədək heç bir qadın səndən hamilə qala bilməzdi. Bircə gecədən başqa… Sən atalıq borcundan can qurtarıb, tərk elədin gecəni!

Bir çiçək də var geridə, bəlkə… Onu dərmək istədin, tikanları hövsələni daraltdı… Və sən acığa düşdün, əzib keçdin beləcə…

Əzik çiçəklər atıb qucağına, sən tərk etdin gecəni! Onun sənə ehtiyacı olduğu bir zamanda… Sən gecəni həsrət qoydun özünə. Tüpürüb dabanına, uzaqlaşdın gecədən. Sanırdın ki, belə daha rahat olar sənin üçün… Sən qaçırdın, guya xoşbəxtliyinçün, mübarizəyə sərf etmədən gücün.

Bir ləçək də qaldı sənin dabanlarından arxada, döşəmədə, bəlkə… Bir ağbirçək qadın atmışdı önünə, and vermişdi ana böyüklüyünə… Amma sən… Ləçəyi basıb keçdin. Onu da, gecəni də… Bu ləçək tək qiymətsiz edib getdin. Böyümək istəyirdin, azad olmaq… İnsanlığın yaşatdığı duyğulardan.. Yox, yox, ağrılardan azad olmaq üçün məhz.. İnsanlığınla birgə, sən tərk etdin gecəni.

Dostların da qaldı geridə, onlardan nə tərəfdaş, nə də bir əməkdaş seçə bilmədin. Yeniləri olacaq, kimdən xeyir gələcək, o da “dost” adlanacaq. Sən öldürdün sevgilini də dostlarınla birgə… Bir soyqırım elədin… Və tərk etdin gecəni.

İndi bilmirəm özünü necə hiss edirsən… Xoşbəxtmisən, rahatmısan…. Sən bilərsən, mənə qalan sadəcə, səni salamlamaqdır.

Sabahın xeyir olsun,
Sevgisiz, duyğusuz, həyatsız…
Və artıq, gecəsiz işgüzar insan!

Rüfət Əhmədzadə
4 sentyabr, 2011.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma