Barelyef (hekayə)

Rüfət Əhmədzadə

“Barelyef”

O, mənim əşyam deyildi. Ümumiyyətlə, konkret kimə məxsus olduğunu da bilmirəm. Sənə? Ona? Onlara? Bizə? Sizə? Bəlkə də, o barelyef hamının idi.

Məsələyə fəlsəfi yanaşsaq: o barelyefdə bizim hamımıza aid nələrsə olduğu kimi, hamıda da o barelyefdən bir naxış, bir zərrə tapmaq mümkün idi.

“İdi” deyirəm, çünki daha onu görə bilmirəm. “Yox” deyil, amma “var” olduğu da artıq hiss edilmir.

Heç yadımdan çıxmaz… O qədər xatirələrim bağlıdır onunla! Daha doğrusu, bircə xatirə – sadəcə, çox böyükdür, ya da unudulmayan.

Universitet illərində sevdiyim qızla son görüşümüz elə o barelyefin qarşısında olmuşdu – metrostansiyanın içində, çölə çıxmadan, bir neçə dəqiqəlik. Elə o barelyefin qarşısında bir ömrü gözə aldığım sözləri demişdim.

Yalvarmışdım da demək olar, sızlamışdım da… Amma hər nə idisə, hər adama demədiyim sözlərim tələm-tələsik, əsəbi, amma düzgünlüyünə inandığım qətiyyət ilə axmışdı dilimdən.  Rədd cavabları, melanxoliya, tərəddüdlər… Mənim hələ “formalaşmayan şəxsiyyətimin” mühakiməsi… Və ayrılıq!

Yanımızdan tək-tük adamlar gəlib-keçirdi.  Bəzilərinin diqqəti bizim mübahisəmizə yönəlir, amma sadəcə gözucu baxırdı; kimisi maraqla, kimisə də ikrahla ötəri süzüb, yoluna davam edirdi.

Bu insanları saymasaq, bizim ayrılığımızın yeganə şahidi barelyefdəki kişi idi.  Təmkinlə, müdrik üz ifadəsiylə bizi süzürdü.  Mənim də nəzərlərim ara-sıra onun baxışları ilə toqquşurdu. O həngamədə nə hislər keçirdiyim indi tam təfərrüatla yadıma gəlməz.

Amma özüm də bilmədən, barelyefdən yönələn baxışlardan narahatlıq keçirir, qeyri-iradi vicdan əzabı çəkirdim.

Keçmiş sevgilimin qolundan yapışıb, stansiyadan çıxmaq üçün dilə tutdum:

– Yaxşı deyil, burda adam var, çıxıb sakitcə bir parkda danışaq….

Əsəbi halda qolunu çəkdi. Söhbəti uzatmağa ehtiyac görmürdü.

Çıxmadıq. Elə oradaca ayrıldıq. Əvvəl o getdi, sonra mən…

Bir neçə il keçdi.

Və günlərin bir günü xəbər saytlarından oxudum ki, mənim xatirə şərikim olan barelyef də harasa gedib… O gün özümü lap tənha hiss etdim.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma