Əsas səhifə » Esselər(içsəslər) » Hüseyn Dərya üçün sözardı

Hüseyn Dərya üçün sözardı

Sağlığında “göbələk” deyib söyən, telefondan-telefona hallı videolarını paylaşan, öləndən sonra isə “BDU-da Şərqşünaslıq fakültəsini yarımçıq atıb Qarabağa gedən Hüseyn Dərya!” deyən millətik… Etiraf edirəm, yeniyetmə vaxtlarımda onu söyürdüm. Çünki düşük qızların və repdən anlayışı olmayan gənclərin ona görə özünü “lezvalamasından” əsəbi olurdum. Yaxın illərdə bir az yaxından tanıyandan sonra, münasibətim dəyişdi.

2003-də mən əmimə onun audiokasset mağazasında kömək edir, arada satıcının yanında vaxt keçirirdim. Gənclərin hey “Dəryanın  albomu var?” sualından təngə gəlmişdim. Təbii ki, Xose və Nağılbaz fanatı idim. Hətta “Dəyirman”a belə simpatiyam var idi. Amma zamanla “göbələk” söhbətinin də suyu axdı. Və sonra isə “HOST” – bu qrupu heç sevə bilmədim. Bəzi treklərini ara-sıra dinləsəm də…

Azərbaycana repi Anar Nağılbaz gətirmişdi, amma repə şou-biznesi və ya şou-biznesə repi gətirən adam Hüseyn Dərya oldu. Başqa repçilər duetlərlə nəsə yenilik etməyə çalışarkən, Hüseyn çox sadə, ritmik və hətta “Əkil-bəkil” söhbətinə yaxın repləri ilə uğur qazandı.

Hüseyn savaşdan qayıdandan sonra fərqli bir adam ola bilərdi. Narkotik biznesinin məmurlar tərəfindən idarə olunmadığı, insanların əzilmədiyi və aldadılmadığı bir ölkədə yaşayaraq. Hüseyn nə qədər “primitiv repçi” olsa da belə, istedada və xarizmaya malik bir insan idi… Ən əsas, bir neçə dəfə “ölüb-dirilməyi” bacarmışdı.

Sübut eləmişdi ki, o, istədiyi anda qayıda və yenidən sevilə bilər. Hüseyn öz dünyasının adamı idi əslində. Sakit, təmkinli, hirsini içinə atan… Amma öz sözünü də deməyi bacaran. Beləliklə, öz sözünü deyərək getdi. Özgələrin sözünü, yerişini təkrarlamadı. Bizə qaldı sözardı yazmaq…

O, siyasi fiqur deyildi. Filosof deyildi. Amma hər şeyə baxmayaraq… Fenomen idi. Bütün qüsurları ilə belə!

Sözgəzdirən, qeybət qıran deyildi. Replərində söyüş söymürdü, aqressiv deyildi. Kimsənin ayağının altını qazmaz, torbasını tikməzdi. Nə etmişdisə, özünə etmişdi. Cəmiyyət isə ancaq özünə (pislik) edən insanları həmişə qınaqla qarşılayır… Allah rəhmət eləsin!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma