Darıxmaq iki “S”lə

Rüfət Əhmədzadə
 
Darıxmaq iki “S”lə
Bir neçə gün əvvəl saytlarda “Sovet senzurası üçün darıxmaq” başlıqlı yazım yayıldı. Ümumi götürəndə, daimi oxucularımın bu yazıya münasibəti yaxşı oldu, amma… Deyəsən, oxucuların 90 faizdən çoxu ironiyanı və sözümün məğzini anlamadı. İnsanlarımız çox ürkək, mızqoyan, həm çox “obşak” söhbəti edən, həm də çox xırdaçı olub.
Xalqın hazırkı əhvalı cinsi arzuları boğulan bir yeniyetmənin əhvalı kimidir. Gözü-qaşı qaynayır bu xalqın. İlk baxışdan elə bilirsən ki, indi bu xalq qayıdıb istənilən adama şillə vurmağa hazırdır. Amma yox… Xalqın bir qismini dəyənəyin qabağına, digər qismini də xalqa qarşı qoyduqdan sonra, bundan yaxşı məhsul yaratmaq mümkün olmazdı. Meydana çıxmayan, sözünü deməyi bacarmayan, ən yaxşı halda gücü avtobus konduktoru ilə dilləşməyə çatan xalqdan ciddi münasibət, ciddi reaksiya gözləmək mümkün deyil. Bu xalq üçün siyasi-ictimai yüklü yazılar və hətta ciddi ədəbiyyat yazmağın mənası yoxdur.
Son 4 ildə demək olar hər gün yazıram. Və bloqum da azı həftədə 3-4 dəfə yenilənir. Amma indiyədək bloqumda ən çox oxunan yazı “Hüseyn Dərya üçün sözardı” olub: 500-dən çox baxış. Digər yazılardan da hansının içində “seks” sözü var, google-da daha yaxşı indeksləşib və insanları mənim bloquma gətirib. Məsələn, “ana bala seks” axtaran insanlarımız var. Müxtəlif yazılar, hekayə və şeirlərin hərəsindən 1 söz indekslənir və çox hörmətli oxucum elə düşünür ki, onun axtardığı şeylər mənim bloqumda var. Bu, hər ölkədə belədir. Ümumi şəkildə milləti seks yanığı adlandırmaq istəmirəm. Amma sizin üçün müğənnilərlə bağlı yazılan təsirli yazılar, əsərlər daha maraqlıdır.
Rəhmətlik Xudu Məmmədov Sovet illərində xalqı ayağa qaldırmaq üçün söz oyununa əl atmışdı. “Qalx” və “Xalq” sözləri arasında əlaqəni göstərib, TV kamerası qaşrısında yazılı lövhələr qaldırırdı, xalqın beyninə təsir etməyə çalışırdı. Dolayı yolla da olsa… İndi gəlin, biz “Qalx, xalq!” deyə 1 status yazaq. On saniyə sonra 1 mesaj gələcək: “Müəllim, müxalifətçisən?”… “Yox” cavabı ilə mənə deyiləcəklər: “Onda sakitcə başını sal aşağı, şeirlərini yaz. Siyasətə qarışma, siyasət murdar şeydir”. Amma “hə” cavabı ilə: “Əşşi, 92-93-də gəlmişdiniz də, görmüşdük də”…
Putin hərbi gəmiylə Bakıya gələndə heç kimin cəsarəti çatmadı ki, nə cürsə etiraz bildirsin. İsa Qəmbər və “Müsavat” da, Milli Şura da o vaxtda susdu. Əvəzində müxalifət liderləri Rusiya ilə dost olmaqlarından danışırdı. Sonra qəfil hamısı millətçi oldu. Bir az da keçdi, bütün cəmiyyət heyrət içində Krımda olanları izlədi. 23 fevralda kişilər bayramı qeyd edən gənclərimiz də gözlərini döyə-döyə qalıblar. Bu xalq rus tankları üçün darıxır…
Bax, belə. Darıxmağın ən incə ifadəsi ingiliscədir. “I miss you, baby”. Həm də, 2 “S” hərfiylə.
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma