Mühacirət havası

Elə əvvəlki ağlağan uşaqsan,
Ananın da, atanın da,
Dünyanın da gözündə
– sənin gözünə heç nə görünməsə də olar.
Burnunun suyu axmır,
Gözünün yaşı axmır…
Qəlbinin dərinliyindən irin axıdırsan hey!..
Ey vətənində mühacirət havası ilə,
Yox, yox,
Qaçqınlıq duyğusu ilə yaşayan şair,
Sən də qaç,
Sən də əkil,
Sonra da qürbətdən bir üsyan elə…
Ey igid Türk oğlu, hey!
Bilirəm, hey qalmadı,
Eylə giley, inlə ney…

Elə əvvəlki ərköyün uşaqsan,
Əppə gec veriləndə həngamə qoparırsan.
Bacının da, qardaşın da gözündə
– Həmişə haqq etmədiyin şeyləri aparırsan
Onların gözlərinin qabağından,
əllərinin altından…
Sənin gözündə qalan arzuların boş şeydir.
İnsanların sərəncamında bir məmləkət varkən,
Uşaq xaricdə oxusun deyə büdcəyə girir…
Bəs sənin dərdin nədir?
Ey hər şeyi hazıra nazir istəyən qara qul!
Ey aciz olub, “gözüm tox” deyən qul…
Ağalıq şövqündəsən…
Bir xarab kompyuterə,
Bir cüt dabanı yeyilmiş çəkməyə…
Bir də böyük, dərdi bitib-tükənməyən ailəyə.
Onsuz da sənin nəslin bitib-tükənən deyil,
Bəsdir onun-bunun dərdini çəkdin.
Sən də qaç,
Sən də əkil,
Qürbətdən üsyan elə…
Ey igid Türk oğlu, hey!
Bilirəm, hey qalmadı,
Eylə giley, inlə ney…

Elə əvvəlki avara uşaqsan.
Atan səni “pis çevrədə” bilsə də,
Anan sənə “əslində təmiz uşaqdın” desə də,
Sevdiyin qızlar bir-bir
“Sən düzələn deyilsən” deyib başdan etsə də,
Elə qohumların da
“Nəslin üz qarası” elan etsə də…
Cır-cındırın içində bir ziyalı dahini gəzdirirsən.
Özün de, özün inan.
Bu insanlar səni eşidən deyil,
Bu insanlar səni hiss edən deyil.
Dünyada insan qıtlığıdır yoxsa?
Sən də qaç,
Sən də əkil,
Qürbətdən üsyan elə…
Ey igid Türk oğlu, hey!
Bilirəm, hey qalmadı,
Eylə giley, inlə ney…

 

Rüfət Əhmədzadə

24.03.2014

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma