Əsas səhifə » Esselər(içsəslər) » Mən niyə xəyanət etməməliyəm?

Mən niyə xəyanət etməməliyəm?

Rüfət Əhmədzadə

Mən niyə xəyanət etməməliyəm?

Bu yaxınlarda bir dostumla başqa bir dostumuzun vacib işinə görə Musa Nağıyev adına xəstəxanaya (el arasında “Semaşko” deyilən yer) getmişdik.

Etiraf edim ki, xəstəxananın tibbi personalı arasında gözəl görünüşlü gənc xanımlar az deyil. İstər-istəməz, gözəl bədən quruluşu, yerişi və gözəlliyi ilə mənim də diqqətimi cəlb edən xanımlar olur – istər orda, istərsə də başqa yerdə. Lakin bu diqqət və maraq bir saniyədən o tərəfə keçmir və hər hansı arzularla müşaiyət olunmur. Nə qədər süni səslənsə də, mənim üçün gözəl qadın incəsənət nümunəsi kimidir.

Nə isə… Yanımızdan keçən xanımlardan bəziləri dostumun diqqətini daha çox cəlb etdi. Tamahla bir xanıma baxıb, özünün Azərbaycan kişilərinə xas arzularını dilə gətirdi: “Belə sevgilin ola” və s. Mənsə başımı buladım: “Evləndin də, düzəlmədin”. Dostum isə tərs-tərs mənə baxıb dedi: “Nə gijdiyirsən? Bazlıq eləməyin nəyi pisdi ki? Evli olmağın bura nə dəxli?”…

Susdum, daha heç nə demədim. Bu an beynimə çox fikirlər gəldi, amma bir acı həqiqət yenə də üzümə durdu. Azərbaycan kişisi üçün ən çox ayıb sayılan və dilə gətirməyə qorxduğu şeylər məhz budur: “Mən öz həyat yoldaşımı sevirəm və başqa qadınlar mənə maraqlı deyil”.

Amma öz bazlıq macəralarından dostlarına doyunca danışa bilərsən. Bir həqiqət göz deşir: Sən kişisən və sənin “bazlıq” eləmək kimi azadlığın var.

Sonra da xəstə doğulan uşaqlar, sonsuzluq problemləri, həkimlərə tökülən pullar… Bilirsiniz, bu cür “mentalitet” düşüncəsinə qarşı olduğum qədər, heç əks cəbhənin də tərəfdarı deyiləm.

Məsələn, homoseksualların hüquqları ilə yanaşı biseksualların hüquqları da gündəmə gətirilir. Düzdür, gülünc mənzərə yaranır: sanki bunların seksual həyatına qarışan varmış. Biseksual nədir? Bizim cəmiyyətdə belə kişilərimiz az deyil: transların xidmətlərindən istifadə edir, sonra isə həyat yoldaşıyla yatağa girir. Bu, xəyanətin ən murdarıdır. Amma biseksual kişilərin də öz “bazlıq azadlıqları” var.

Mən dindar da deyiləm. Heç özümü ideal da saymıram. Xəyanət addımının astanasında mən də olmuşam. Həyatdır, hər kəsin səhvləri olur, amma nə yaxşı ki, düşünüb-daşınıb dura bilmişəm, şeytana (qadın hiyləsinə) uymamışam.

Bu “astana” vəziyyətini çox insan yaşaya bilər. Sadəcə, düşünürəm ki, xəyanət etmək lazım deyil. Nə kişiyə, nə qadına. Nə kişiylə, nə qadınla. Niyə? Haramdırmı, ayıbdırmı, eşidib-bilənlərə görəmi?

Qətiyyən! Sadəcə kişinin (qadının) özünə hörmətinə görə. Özünə hörmət eləyən bir insan həyat yoldaşına, ailəsinə xəyanət etməz.

Advertisements

Mən niyə xəyanət etməməliyəm?” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma