“Uborşik”lər haqqında

İndi təsadüfən bir adamın yazısı çıxdı qabağıma; amma tənqidi fikirlərimi ümumi yazacam və bir də bu məsələyə toxunmayacam:

Azərbaycan mətbuatında çox alçaq adamlar var. Namaz qılar, özünü yaxşı adam kimi göstərər, amma bir az istedadlı adam görəndə badalaq gəlməyə çalışar. Bunlardan biri də hazırda gündəlik bir qəzetdə redaktordur.
Vaxtilə bir saytda işləyirdik, mənə redaktorluq yox, konkret türmə nadzorluğu edirdi. Yazılarımın mətnini çox ədəbsizcə dəyişir və məni danışdırdığım insanlarla üz-üzə qoyurdu. Axırıncı dəfə maaşımı əsassız yerə kəsdirdi, hələ təsisçinin yanında da məzələndi ki, guya neçə dil bilsəm də öz dilimi bilmirəm.

Mənsə abrıma qısılıb işdən çıxdım, az maaşla başqa yerə düzəldim. Bu çoxdan olub. Həmin adamın statuslarını və yekə-yekə düzgünlükdən danışdığı yazılarını görəndə əsəbi oluram. O qədər şərəfsiz adamdır ki, ondan sonra getdiyim yerə də zəng edib məni pisləmişdi. Amma hələ də bilmirəm, o bədbəxtə mən nə etmişəm. Yəni, Azərbaycan mətbuatında belə adamlar var ki, daim gənclərə badalaq vururlar. Sonra isə uzun-uzun ədəbiyyatdan, əxlaqdan, ədəbdən danışırlar. O cür luzerlər isə əslində heç kimdirlər.

Mən sabah 10 iş yeri dəyişsəm də özüm qalacağam. Bu ölkədə yer tapmasam da, dünyada yer qəhət deyil. Çünki həmişə şəxsiyyətimi qorumağa çalışmışam, bacarmışam da. Amma alət olanlar, özündən istifadə edilməsinə imkan verənlər əslində uğursuz “luzer”lərdir.

Və bu cür alətlərin üzündəndir ki, keçən günlərdə Metro rəisi dəyişəndə dostlarla yenidən Rəsulzadənin barelyefi məsələsini qaldırdıq, amma jurnalist dostlarımız metroda soyunmaq aksiyasından yazdılar. Belə bir ürəkağrıdan mənzərə. Və mən də daha heç bir tənqidi status yazmayacam. Çünki xalqın vecinə deyil, heç bir nəticə vermir.

“Xadimə” və “xadim” anlayışları var. Mətbuat xadimi, dövlət xadimi, ictimai xadim… Bir də xadimə var – “uborşitsa”. Bir də var, aftafa götürməyə hazır vəziyyətdə, “uborşik” olan “mətbuat xadimləri”. Amma onlar zibil təmizləmirlər, əksinə, zibilləməklə məşğuldurlar.

Advertisements

“Uborşik”lər haqqında” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma