Əsas səhifə » Poeziya » Qocalmayan şairlərə ithafən…

Qocalmayan şairlərə ithafən…

Yaşı artıq 40-a çatıb dostumun,
Hələ də “gənc şair” yazır qəzetlər,
Başında tük də qalmayıb dostumun,
Adın ehtiyata basır qəzetlər.

Yazıları növbə gözləyir onun…
Özü daha əl üzüb növbələrdən.
Arzuları tövbə gözləyir onun…
Özü daha dil üzüb tövbələrdən.

Hələ 10 il əvvəl dedi “gedirəm”,
Güldülər, dedilər, “gəlmişdinmi ki?”
Ömrü boyu şəkli boylandı küncdən,
Son səhifələrin nəyi pisdi ki?

Gənclikdən böyükləri dəstəklədi,
Qocalardan diqqət umdu binəva…
Kiçiklərlə yoldaşlığın kəsmədi,
Çəpər aşmağa daş oldu binəva.

Ötürdü gələnləri hey qabağa,
Çünki şan-şöhrətdə gözü yox idi.
Boğulub çərləyər, hopar torpağa…
Çərlədənlər deyər: “sözü çox idi”!..

Rüfət Əhmədzadə.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma