Əylisdən Əylisədək ədəbiyyat

Rüfət Əhmədzadə

 Əylisdən Əylisədək ədəbiyyat

 İsa müəllimə məhəbbət, Əkrəm bəyə hörmətlə…

Azərbaycan çox ziddiyyətli ölkədir. Xalqı da, onun xalq içində yayılmış məsəlləri də. Məsələn, deyirlər ki, həmişə böyüklərin, ağsaqqalların sözünü dinləmək lazımdır. Sonra da deyirlər ki, insan qocaldıqca ağlını itirir, uşaqlaşır və nə danışdığını bilmir. İndi hər iki məsəli də nəzərə alsaq, dilemma qarşısında qalarıq.

Deməli, adamına və əməlinə görə baxmalıyıq. Müdriklik bir dəyərdir, amma qocanın ağlını itirməsi və ya danışdıqlarını bilməməsi də dəyərsizlik deyil. Qocaya keçirlər. Yox, qocaldıqca uşaqlaşan adam məmurdursa, hər hansı təşkilatın başında durub ağlından keçəni edir və danışırsa… O zaman istefa verməlidir. Ya da təqaüdə göndərilməli.

İsa Muğanna haqqında, daha doğrusu onun fikirləri barəsində deyilənlər də məhz bu məsəllərlə paradoksal əlaqədədir. Kimi İsa Muğannanı həddən çox şişirdir, kimi də rəhmətliyin meyiti soyumamış alçaltmağa və heçə endirməyə çalışır.

İsa Muğannanın köhnə və yeni əsərlərinin çapa hazırlanmasında mən də iştirak etmişəm. Təxminən hər əsəri oxumuşam. Onun fikirlərinə də yaxşı bələdəm. Şəxsən, bəşəriyyət tarixində Kosmosla əlaqəli hadisələrə inanıram, müəyyən qədər “aqnostik” də demək olar. Amma “Bağday-SafAğ” fəlsəfəsini ciddiyyətlə qəbul etməmişəm. Bəşəriyyətin ilk dillərinin yaranması ilə bağlı danışsaq, çox vaxt aparar, sadəcə deyə bilərəm: İsa Muğanna da müxtəlif alimlərin nəzəriyyələrinə söykənərək ədəbiyyatda öz nəzəriyyəsini yaratdı. Yaxşı və ya pis, ömrünün ahıl çağında bu yolu seçdi.

Amma İsa Hüseynov İsa Muğanna olana qədər hansı yolu keçmişdi? Azərbaycan xalqına “Nəsimi” filmini verməsi ilə, “Tütək səsi” kimi ürəkağrıdan kino əsəri ilə… Onu sevmək, adını uca tutmaq yetərlidir.

Yazımın alt başlığında İsa Muğannanı “İsa müəllim”, onun fikirlərini cəfəng adlandıran və hətta ifadələrində cızığı keçən (fikrimcə) Əkrəm Əylislini isə “Əkrəm bəy” kimi qeyd etmişəm. Niyə? İsa Muğannadan ədəbiyyatda nəsə öyrənə bildik və öyrənə bilərik. Əkrəm Əylislidən nə öyrənəcəyik? Onun Əylisdən Əylisədək hökm sürən bəylik iddiasını? Yox, Əkrəm Əylisli yaxşı bəydir. Mənimlə hər zaman mədəni olub. Azadlıq Radiosunun efirində rəsmi soyadımı dəyişdirməyə (!) çalışmasından başqa, heç bir incikliyim olmayıb.

Halbuki, ondan əvvəl neçə dəfə Əkrəm bəylə telefonda jurnalist kimi danışıb müsahibə almışdım: rəhmətlik Rüfət Əhmədzadəni təkrar etməyim barədə iradlarını onda da deyə bilərdi. Əkrəm Əylislidə tipik bəy nümayişkəranəliyi və eqosu var. Əkrəm Əylisli onu hələ də sevən və hörmət edən oxucuların bu sevgisinə-hörmətinə səbəbləri düşünmür, ya da unudub. Ədəbiyyatdakı xidmətlərinə görə. Bəs sonra?

Əgər Əkrəm bəyin “ermənilərin azərbaycanlılar tərəfindən əzilməsi barədə” yazdıqlarını qəbul etməliyəmsə, pardon, mən İsa müəllimin odər-əvərey qohumluğu iddialarını üstün tuturam. Yox, əgər başqalarının gənc ikən ədəbiyyatda gördüyü işlərini qocalıqda səsləndirdiyi hər hansı fikrinə görə heçə sayacağamsa… Bir daha pardon, mən ədəbiyyatımızın 99 faizindən imtina edirəm. Çünki ideal həyat və yaradıcılıq yolu keçən yazıçıların elə 99 faizi gənc ikən ölənlərdir.

Başa düşürəm, Əkrəm Əylislinin gənc ikən etdiklərinin bəlkə də 0,1 faizini mən 28 ildə edə bilməmişəm… Sonuncu dəfə pardon. Mənim gözümün qabağında qalan son nümunələrdən biri sizsiniz. Sizdən nümunə götürmək istəyirəm. Əylisdən başlayıb, yurdumun hər guşəsinə qədər uzanan ədəbiyyatı. Əylisdən Əylisədək ədəbiyyatı yox!

Bir zamanlar sizə qarşı “yıxılanı baltalamaq” kampaniyası var idi. Mən əvvəl sizi tənqid etsəm də, sonra bu kampaniyada yer almadım.

Amma indi deməliyəm: yıxılan adam ayağa duranda ölülərin üstündən keçməz!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma