Əsas səhifə » Poeziya » “Bəzən”lər bitməyəndə

“Bəzən”lər bitməyəndə

“Bəzən”lər bitməyəndə
Bəzən bircə təbəssüm həkk olunan
şəklə baxmaq bəs edir
– Gecənin kor vaxtında Günəşin çıxmasına.
Bəzən bircə, gözucu…
inciklik yağan baxış da bəs edir
– Günün günortasında könlün qaralmasına.
Qarşılaşmaq bəs etmir…
On dəfə, yüz dəfə, lap elə milyon dəfə…
“Son dəfə” görüşərək,
ayrılığın səbəbini danışmaqçün…
Sevəndə!
Başa salmaq,
Başa düşmək,
Ya da özünü anlayışlı biritək göstərmək…
Bəs etmir ki,
Qovuşmağın qarşısında əngəl olan
Ailəni,
əzizləri,
özgələri…
Gözə alıb arzuları qəlbində saxlayasan…
Elə sevdiyin kimi
Seviləndə.
Qəliz sözlər
Sadəliyin yetərli olmadığından doğulur.
Kifayət etməsə də…
Elə hər şey bir-bir düyünə düşür.
Yenə ürək qovrulur,
Yenə də ruh üşüyür…
Ən ağır xəyanət olmasa belə,
ən xırda tənə insana zərbələri döşəyir.
Dözməlisən,
Əlindən nə gəlir ki?
Sadəcə sabahını düşünmədən
Sevə bilərdin, amma…
Birisi günün də belə gəlir ki?
Sevgi də ötəridir…
Dastanları nəhayət etməsə də.
Rüfət Əhmədzadə
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma