Keçmiş oxucular üçün

Subay, gənc, indikinə baxanda yaraşıqlı və nisbətən dolusifət olduğum vaxtlarda yazılarım və statuslarıma gənclərin marağı daha çox olurdu. Bir az da yeni imza idim deyə insanlara maraqlı gəlirdim.

İnsan keçmişə boylanmalı və səhvlərini düşünməldir. Bunu anlayıram. Amma nə dəyişib? Tərk edən köhnə oxuculardan nigaran qalmışam, arada bir nifrətinizin səbəbini də qeyd edin, daha çox düşünüm:) Açığı, subay və həvəskar vaxtlarım üçün çox darıxmışam. Onda indiki kimi qəliz cümlələr qurmurdum.

Hər gün emailimə və ya inboksuma 5-6 oxucu məktubu gəlirdi, bloqumda şərhlər yazılırdı… Bundan sonra xeyli mükafat da alsam, o avara günlər üçün çox darıxacağam.

Bu da adi bir bloq yazısıdır. Dalbadal statuslar yazıram, bunu orda da yaza bilərdim. Amma istəyirəm ki, nə vaxtsa bu yazını axtarıb tapa bilim, oxuyub kədərlənim. Ya tamamilə dibə enəndən sonra, ya da zirvəyə çatdığım zaman. 28 yaşındayam. Az-maz tanınıram. Şükürlər olsun, babat işim də var… Amma gəncliyim çatmır. Həvəs və enerji dolu günlərim.

Həm sevgimi, həm də öz yerimi tapmaq üçün vurnuxduğum həmin zamanlar çatışmır.  Azərbaycan kimiyəm hazırda – inkişafım həddən artıq sabitdir!…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma