Nidaçıların hökmünə sözardı

(Saytlarda yayımlanma tarixi 5 may 2014-cü il)
Əvvəlcə, Gülər Əhmədova azadlığa buraxıldı. Sosial şəbəkələrdə səhərə qədər bu mövzu müzakirə olundu.

Yarızarafat-yarıciddi qəzəbləndik, coşduq, sonra məsxərəyə qoyduq.

Səhərdən günortaya qədər Hacı Şahinlə bağlı xəbər trend oldu. Amma 1-2 saat sonra gündəm nidaçıların həbsiylə çalxalandı.

Əslində, heç nə çalxalanmadı. Depressiyaya düşdük, bir-birimizə məlumat ötürdük, sonra bir-birimizin üzünə mat-mat baxıb dedik: “Sən öl, bu xalqdan səs çıxmayacaq!”.

Bir anlıq bu xalqın fərdləri olduğumuzu da unutduq.

Sonra elə depressiya içində qayıtdıq “Facebook” profilinə. Birdən xatırladıq ki, biz cəmiyyətin qaymaqlarıyıq, mütləq bu məsələyə münasibət bildirməliyik.

“Nidaçılara azadlıq” statusları, “Azərbaycanda ədalət gözləmək möcüzədir” tipli müdrik və hikmətli sözlər, profil və örtük şəkillərinin əvəzlənməsi…

Əlimizdən başqa nə gəlir ki? Aksiyada da tutulan həmişə eyni şəxslər!

Bizim yağmayıb guruldadığımız vaxtda dostlarımızın ailələri nələr çəkir… Rəşadət oğlunun həsrətiylə öz azadlıq eşqinin cəzasını çəkməyə gedir… Gəncliyimiz soyuq həbsxana divarları arasına atılır.

Müxalifət liderlərindən birinin İranı söyməsi – partiyasının üzvü həbsdə olduğu halda;

Digərinin bu vaxt Ramiz Mehdiyevin taleyi barədə proqnozları – prosesləri yönəltəcək müxalifət lideri olduğu halda…

Yazarlarımız isə yenə eyni ampluada: bakirəlikdən, dindən, ailə münasibətlərindən, sevgidən, dostluqdan yazmaları və bir sürü gic-gic şeylər…

Qəzanız mübarək, dostlar!

Biz, əslində, sizin üçün üzülmürük. Üzülsəydik, keçən ildən bəri belə dözməzdik.

Amma oturub tam səmimiyyətlə dua edərik ki, növbəti əfv fərmanında sizin də adlarınız olsun!

Bu qədər.

Azərbaycanda ən gözəl mübarizə üsulu dua etməkdir.

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma