Hara getdi 2500 alimin maaşı?

Rüfət Əhmədzadə

Hara getdi 2500 alrufet ehm1imin maaşı?

Gəlin, sizə məzələnməyə (onsuz da bir şeyə ciddi yanaşmazsınız) yeni mövzu verim:

Deməli, anam biologiya elmləri namizədi və AMEA Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisidir. Namizədlik pulu ilə bir yerdə 255 manat maaş alır. Bu ayrı məsələ. Hesablama Palatası bu yaxında həmin institutda yoxlama aparıb, 700 min manat yeyinti aşkarlayıb. Bu məbləğ anamın 2500 aylıq (2 əsr 10 il) maaşıdır. Və yaxud
da 2500 elmlər namizədinin 1 aylıq maaşı. Di gülün!

Əşşi, siz – yəni, Azərbaycan xalqı milyardları vecinizə almazsınız, 700 min manat nədir ki. Hər il hər idarədə, hər institutda, aşağı-yuxarı o qədər yeyintinin olması mütləq ehtimaldır – orta statistik azərbaycanlı belə düşünür. Bura Azərbaycandır və burda belə də olmalıdır. Lakin gəlin bir az da düşünək.

Anamın 63 yaşı var. Gözlərinin nurunu və bütün ömrünü elmə həsr edib. Biokimya sahəsində müxtəlif eksperimentlər, kimyəvi preparatlar və s. Sağlamlığın sərfi öz yerində. Gülarə xanım gələcəyinə inamla və ümidlərlə təhsil alaraq, yuxusuz gecələri dərs oxumaqla, dissertasiya yazmaqla alim olub. İndi onun dövlətdən aldığı maaş 255 manatı keçmir. Özü isə taleyi ilə barışıb və oğlunun bu yazını yazmasından xəbərsizdir.

Dövlət onun və minlərlə alimin maaşını qaldırmır. Qaldırsa da, beş ildən bir 10 faiz. Başqa heç nəyə ümid etməsinlər.

Amma əvəzində hər il milyonlarla manat elm-təhsil müəssisələrinin “təmirinə” xərclənilir. Rektorlar, direktorlar, vəzifəli adamlar özləri üçün villalar tikdirir, bahalı maşınlar və qızıllar sarıdan korluq çəkmirlər. Kimsə kiməsə arxayın olub dövlətin ayırdığı pulları basıb-yeyir, dövran-zəmanə dəyişəndə isə zibillər üzə çıxır.

Görünür ki, yeyintiyə dövlət özü şərait yaradır. Olmazdımı, elmin inkişafına birinci alimlərin mədəsindən başlayaq?

Əlbəttə ki, olmazdı… Bura Azərbaycandır!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma