Əsas səhifə » Poeziya » Söyüş söyüb qaçan uşaqlar kimi

Söyüş söyüb qaçan uşaqlar kimi

Söyüş söyüb qaçan uşaqlar kimi,
Bir dəfə “sevirəm” dedin…
Və itdin.
Bu etiraf halallaşmaydı yoxsa?
Yuxularım haramlaşdı…
Nə etdin?!

İntihar etməyə gedənlərin də,
Son məktublarından dürüstlük yağar,
Ən səmimi etiraflar əslində
Dilimizdən ən son nəfəsdə çıxar.

Bəli, sevgi ən böyük günah imiş…
Törətdinsə, daşımaq da çox ağır.
Olmaya sən bu günahı üstümə
Atıb getdin,
Və sair
Və ilaxır…
Bəs mən fağır
necə dözüm bu zülmə?
Boynumda bu boyda cinayət qalıb…
Sən öldürdün bütün ümidlərini…
Gör neçə körpə can verdi qoynumda.

Ordasanmı?
Duyursanmı səsimi?
Bu nə soyqırımdır edib getmisən…
Həmin gündən hər kəs ölür gözümdə…
Məhşəri nə vaxta təyin etmisən?!

Aman Tanrım,
Müşrik kimi danışdım!
Nə olar, keç günahımdan son dəfə…
Və bir də ki, vur əlimdən, dilimdən.
Bundan sonra sevgidən az söz açım

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma