Halallıq məsələsi və ya evlənmə təklifi

Rüfət Səid

Halallıq məsələsi və ya evlənmə təklifi

Sizə qəribə gələ bilər, amma mən ədəbiyyata gəlmək qərarı verəndə xeyir-dua və halallıq almaq üçün Fəxri Xiyabana üz tutdum. Kimdən? Əlbəttə ki, Cəfər Cabbarlıdan xeyir-dua almaq üçün.

Amma onun məzarına getməzdən əvvəl, hələ Ukraynada olarkən, Cəfər bəy yuxuma girmiş və mənə ölkəmə qayıdıb qələmə sarılmağı (məhz belə demişdi: “Vətənə qayıt və qələmə sarıl!) əmr etmişdi. Onda ancaq oxumaqla məşğul idim, ara-sıra primitiv şeirlər yazırdım, gündəlik qeydləri aparırdım.

Bu insanın adı mənim üçün həmişə əzizdir. Bəlkə də, qohumluq bağlarımız və Rəsulzadəyə yardımına görə Sibirə sürgün olunmuş babam Hacı Zəki ilə Cəfər bəyin yaxın dost olmalarıdır buna səbəb. Bəlkə də, daha çox şey… Cəfər Cabbarlı və dövrünün maarifçilərinin yaradıcılığına baxaq. Onlar dəyərlərə savaş açmırdı, yeni dəyərlər qazandırırdılar. Onlar əvvəlkiləri söyə-söyə yazıçı olmamışdı, yeni imzalar yaradırdılar. Onlar… Özləri idi.

Özümüz olmaq üçün çox çalışmalıyıq. Hətta 100 il əvvəlki Maarifçi Hərəkatını ilk çağlarındakı kimi yenidən yaşamaq da gərəkəcək.

Xoruz döyüşdürən, it boğuşduran müsəlmanların halal-haram, əyri-düz yanaşmalarına daha doğru baxmalarını təmin etmək. Gözümün qabağında ona-buna sataşan adamlar Ramazan ayında pivə içməyimə görə məni qınadılar, “Seyidin oğlusan da?” deyib eyham da vurdular…  Ağır gəldi. Hiss etdim ki, bu cür materialı olan xalq ilə oynamaq asan, onu islah etmək isə çətin olacaq.

Amma bu yoldan dönməyəcəm. Cəfər Cabbarlının Eloğlusu tək, son nəfəsimə qədər çalışacam. Ailəm də məndən üz döndərə bilər. Bunu hətta həyat yoldaşıma da demişəm: “Seçim qarşısında qalsam, ədəbiyyatı seçəcəm. Dünya məndən üz döndərsə də, mən ədəbiyyatdan dönməyəcəm”.

Özümdən danışmaq üçün yazmadım bu yazını… Gəlin, bir az ədalətli olaq. Lağlağılarımıza “dur” deyək, bir dəfə də səmimi insanların ciddi olaraq nəyəsə çalışdığına inanaq.

Ramin Hacılının evlənmə təklifini ictimai şəkildə, həm də Ramazan ayında etməsi də maraqlı haldır: bizim müsəlmanlar düşünsünlər. Düşünsünlər ki, nə qədər boşanmış qadın var, məhz qınaqlara görə yeni həyat yaşamağa gecikir. Gecikir… Gecikir. Hər adamın da cəsarəti çatmaz ki, bu təklifi hətta gizlincə etsin.

Bəli, çox səmimi olanda rol oynadığını düşünürlər.

Qeyri-səmimi olanda bəyənməsələr də, qarşında cəsarət edib hörmətsiz danışmazlar.

Ümumiyyətlə, bu sözlərimi unutmayın:

Yalanlara tez aldanan insanları həqiqətə inandırmaq çətindir!

Çalışın ki, aldananlardan yox, inananlardan olasınız!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma