Bizi kövrəldən anlar – ESSE

Rüfət Səid (Əhmədzadə)

Gi_de_Mopassan__Silna_kak_smert

“Kitablar və insanlar” silsiləsindən 4-cü yazı

Dünya klassiklərini oxuyan, mütaliəsi geniş olan bir adam heç vaxt AZTV təfəkkürüylə düşünməz. Və bu cür düşünənləri də normal qəbul etməz. Tolerantlıq burda iflasa uğrayır. İnsanlar qoyunlara dözməyə məcbur deyil.

Mütaliə çox şeyi deyir. Yox, adam mütaliəlidirsə, danışığı “dalay-dalay”dan o yana keçmirsə, ya əqli dayazdır, ya da əzbərçidir.

Ümumiyyətlə, siyasi əqidə rəngarəngliyi normaldır. Kimsə iqtidarı, kimsə də müxalifəti dəstəkləyə bilər. Amma anormal olan odur ki, dəstəkləməyinin səbəblərini açıqlaya bilməyəsən, əsasların və arqumentlərin olmaya. Durub bol-bol anaqloqsuz inkişafdan danışdığın yerdə kimsə sənə faktlar sadalayanda darmadağın olmayasan. Təəssüf ki, belə anormallara hər iki cəbhədə rast gəlmək mümkündür.

Əqidə boşluğunun axırı təslimiyyətdir. Əgər nəyin uğrunda və niyə mübarizə apardığını bilmirsənsə, bir polis çavuşunu gördükdə belə sına bilərsən. İctimai sektora qoşulmaq, “Che Guevara” köynəyi geymək, hansısa təşkilata üzv olmaq, sonra digər üzvlərlə pivə məclislərində saatlar və günlər keçirmək də yetərli deyil. Bütün fəsadları, problemləri gözə almalısan. İşin lüksü də onun faciəsindədir. Faciəsini, bədbəxtliyini yaxşı dəyərləndirən insan bir o qədər də səadətə yaxındır.

Bu yaxında fransız yazıçısı Gui de Mopassanın “Ölüm qədər güclü” romanını oxudum. Belə baxanda, banal bir ideya və süjet xətti var: elitar çevrənin sevimlisi olan subay bir rəssam əvvəl gözəl bir qrafinya ilə, sonra isə o qrafinyanın özündən də gözəl olan qızı ilə məhəbbət macərası yaşayır.

Amma əsas bu deyil. Romanda “yüksək təbəqə”nin iç üzü, xarakteristikası çox yaxşı təsvir olunur. Fransanın respublika olduğu, qəhrəmanın diliylə desək – “demokratiyaya başı ilə girdiyi” bir zamanda aristokratik təbəqənin xudbin, çoxbilmiş və bir o qədər də dayaz cəhətləri göstərilir.

Aristokratlar  – onlar övladlarını ən yaxşı müəllimlərin yanında, ən yaxşı təhsil ocaqlarında oxutdura bilirlər…

Sadə insanlara nisbətən, elmə həmişə yaxındırlar. Ətraflarında alimlər, mütəxəssislər, akademiklər var. İstədikləri professoru gecənin bir çağında tumançaq da olsa, ayaqlarına gətirə bilərlər. Amma əslində… Elmə çox uzaqdırlar.

Kitabxanaları nə qədər zəngin olsa da, ədəbiyyat sarıdan o qədər kasaddırlar.

Onlar maariflənmədən çox danışar, amma maariflənmənin bir nömrəli düşmənləridir. Ən savadlı təbəqə özlərini hesab edərlər. Və bu təbəqədən kənarda savadlı bir insan görmək istəməzlər. Gördükləri an fəlakət baş verər.

Onlar daim musiqidən, klassik incəsənətdən söz açarlar. Konsertlər, sərgilər, müxtəlif cür elitar tədbirlərdə fəxri qonaqlardır. Amma bu incəsənətin mahiyyətini, gözəlliyini, ruhsallığını anlamaq üçün dayazdırlar. Aristokratlar elə yaşayırlar, çünki başqa cür yaşaya bilməzlər.

Onlar bahalı şampan şüşələrini partapartla, musiqi sədaları altında qəhqəhə çəkərək açarlar.

Kasıb-kusub isə 2 yüz qram kolbasa, bir şüşə ucuz araq, telefondan (televizordan) aristokratların “xalq artisti” və ya “əməkdar artist” qayırdığı adamların səsi ilə bayram edər.

Bəs görəsən, əsl incəsənəti və ədəbiyyatı, eləcə də elmi harda axtaraq?

Əlbəttə ki, öz faciəsini daha yaxşı dərk edən insanların arasında. Aristokratdır, yoxsa kasıbdır… Fərq etməz. Əsas odur, öz bədbəxtliyini yaxşı dərk etsin. Özünə nifrət edə bilsin. Kövrəlsin…

Kövrələndən sonra isə özünə qarşı sevgisi yaranar. Özünü sevən adam cəmiyyəti də sevər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma