Oxu, tar! (postmodern versiya)

Oxu, tar, oxu, tar…
Öldü getdi proletar…
Bütün arzuları da
Pas bağladı iyirmi ildir açar girməyən
Zavod qıfılı kimi.
Dəzgahlar da çoxdan metal-lom olub…
Əriyib oliqarx sobalarında…
Oxu, tar! Oxu…
İndi səni himayə edir ölkəmizin bir nömrəli fondu.
Baxma ki, “Ehtiraslı Sabina”nı dinləyir çoxu.
Oxu, tar! Gözəl qızlar səni bəyənməsə də…
Kiminsə xoşuna gəlmək üçün məhz…
Nə qədər insan sıraya düzülüb səni dinləyəcəkdir..
Zəhlətökən xanəndələr də bir-bir
Boğazına işgəncə verəcəkdir…
Bu gecənin sahibi-ixtiyarı sən olmusan…
Özüm ölüm,
Bu qədər dəbdəbəylə..
Bu qədər təntənəylə…
Səni kim unudar?!
Oxu, tar! Oxu…
Səni də plana salıblar, artıq…
İndi miniyubkalı bir gözəl gəlib səni ağladacaq.
Sal başını aşağı… Oxu…
Boşalt içindəki bütün dərdləri…
Di qurtar!
Oxu, tar…
Pəncərədən uçan aysellər üçün.
Damarını doğrayan “balası şəkər” ceyillər üçün…
bığ yeri tərləmədən sinəsinə “privet voram” yazan
dölbeyinlər üçün də…
Və özünü şair elan edərək…
İçkidən və qadınlardan yaradıcılıq quran,
əfv edəsən, dağıdan…
Qəmgin debillər üçün.
Oxu, tar, oxu…
Elə bir zəmanəyə düşmüsən ki,
səni mələtməsələr əl çəkən deyil bunlar!
Rüfət Səid (Rufat Ahmadzada) 14.07.2014
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma