Sən tələsdin, mən gecikdim

Tez-tez saata baxırdın ayrılanda,
Mən elə bilirdim, tələsirsən harasa…
Əslində başqa məna vardı o hərəkətdə…
Mənim gecikdiyimi üzümə vururdun.
Tez-tez saata baxırdın ayrılanda…
nizamlı tıqqıltılar
nizamsız duyğuları dalana dirəmişdi.
Bu, şah ordusunun çar ordusuna uduzması kimiydi…
və günahsız çoxluğun həyasız azlığa əzilməsi kimi.

Tez-tez saata baxırdın ayrılanda
Saat olan biləyinə nifrətim oyanmışdı.
O biləyin mənim tutduğum biləyi dartırdı.
O biləyin mənim cumduğum ürəyi örtürdü.
Tez-tez saata baxırdın ayrılanda
guya hansısa vacib bir işə tələsirdin.
evə gedib başını yastığa atacaqdın…
evə gəlib başımı yastığa atacaqdım…
Sən kiməsə zəng edib çay içməyə getdin,
mən kiməsə zəng edib pivələnməyə.

Səni çay, məni pivə
ləngitdi, gecikdirdi…
Kimsələr bəhanədir,
özümüz ən xırda şeylərlə də günah edirik.
Guya tələsirik,
guya gecikirik…
Sadəcə çəkinirik
Evə gedib,
evə gəlib,
başımızı yastığa atmaqdan.
Həmişə başımızı harasa atmalıyıq.
Sonra saat taxan biləyimiz qorxudur bizi
Başımızı götürüb harasa gedirik.
Hansısa xarabada yenə itirək deyə.

Sən tez-tez saata baxırdın ayrılanda..
Sən tələsirdin,
Mən gecikirdim
Amma heç saata baxmırdım ayrılanda.
İndinin özündə də…
Bu işi bir qadına tapşırmışam.
Bir balaca ağıllanmışam hətta,
Evə gəlib başımı yastığa ata bilirəm.
Saata baxan qadın
saata baxmaqdan bezib yatanda.

Advertisements
Bu yazı Kateqoriyasız içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma