Əsas səhifə » Poeziya » Fələstin üçün şeir

Fələstin üçün şeir

Rüfət Səid Əhmədzadə

“Fələstin”

Bu uşaqlar nə vaxtsa göydə fişənglərə baxıb sevinər,
Bu qadınlar nə vaxtsa uşaqlarının toyunda kövrələr.
Bu kişilər də ailələri üçün silaha yox,
Sülhə sarılarlar…
Sülh və silah sözlərində qohumluğu gördünmü?
Bu ölkə səadətdən cəmi bir neçə hərflik uzaqdır.

Bu raketlər nə vaxtsa lazımsız əşya olar,
Bu tanklar da ancaq şəkil çəkdirməyə yarayar.
Bu məftillər isə tikanlara yox,
Çiçəyə bürünərlər.
Tikan və gül sözlərində ögeyliyi gördünmü?
Bu ölkə ədalətdən cəmi bir neçə addımlıq uzaqdır.

Bu əsgərlər nə vaxtsa öz cinayətindən xəcalət çəkər,
Bu ölülər film kimi yuxularda görünər.
Bu məzarlar isə qətllərə yox,
əcələ qazılarlar….
Əcəl və qətl sözlərində fərqi düşündünmü?
Bu ölkə cənnətdən cəmi bir neçə insanlıq uzaqdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma