Rüfət Səid. “Quş dili”

Rüfət Səid

“Quş dili”

Biz tərəflərdə sağlıq-salamatçılıqdır,
siz tərəflərdən ölənlərin ruhu şad olsun.
Biz hərdən dənizdə batırıq, hərdən…
Qarpızdan zəhərlənirik, amma ölmürük.
Siz tərəflərdə insan başları
cücə başı kimi kəsirilir… eşitdim.
Biz tərəflərdə insan başları
Heç quş başı yerinə də qoyulmur, narahat olma.

Biz tərəflərdə şadlıq, firavançılıqdır…
siz tərəflərdən ağlayanların son qəmi olsun.
Biz hərdən sevirik, oxumuz daşa dəyir…
Sonra daşa dönürük, amma ölmürük.
Siz tərəflərdə insan ürəkləri
pomidor-xiyar kimi satılır… eşitdim.
Biz tərəflərdə insan ürəkləri
Heç kartof yerinə də qoyulmur, narahat olma.

Biz tərəflərdə sabitlik, sakitçilikdir,
Siz tərəflərdən hay-həşir salanların dili qurusun.
Biz hərdən ağzımıza gələni danışırıq…
İşimizi, evimizi itiririk… amma ölmürük.
Siz tərəflərdə insan dilləri
dibindən kəsilib atılır… eşitdim.
Biz tərəflərdə insan dilləri
Heç zibil yerinə də qoyulmur, narahat olma.

Əgər lap çox istəyirsənsə, bir az narahat ol…
Öz dərd-sərini unut, məni də düşün.
Onsuz da siz tərəflərdə
kəsilən bütün başlar
biz tərəflərə dığırlanıb gəlir…
Sən də ara-sıra məni xatırla,
sənin başını qoynuma sıxacam…
gərəksə, xərc çəkəcəm,
qəlbini də alacam…
Dilini hansı xarabada olursa olsun,
axtarıb, tapıb, yerinə qoyacam.
Siz tərəflərdə belə axmaq görə bilməzsən.
Bizim tərəflərdə “şair” deyirlər.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma