Yalnızlıq

İnsanlar sevir, yanılır…
Sevməkdən bezir, yanılır…
Yanılmağa tövbə yoxdur,
Dünyada gəzir, yanılır.
Həyatdır da, olur da…

Bir az ağrı, bir az sən…
Şeir nə qədər desən.
Çəkilib getmisən də…
Gözümdən itmisən də…
Bir sevinc qədərmisən
ya bir damla göz yaşı?
Həyatdır da, vurur da…

Nə ayrılıq, sən canı…
Bikarçılıqdı, vallah!
Gecə 3-də oyandım,
Nə tuxta vaxtdı, Allah!
Sən bir şam qədərmisən,
ya siqaret giləsi?
Həyatdır da, sorur da…

Bu boyda çarpayıda
gör nə qədər yerim var…
Yatağım torpaq deyil,
Deyim, bol müştərim var.
Nə tənhalıq, sən canı…
Kasıbçılıqdı vallah!
Həyatdır da, yolur da…

İnsanlar sevib, yanılır…
Bir şeir yazıb, yanılır…
Lap şair olub, yanılır…
Bəzən ölüm də səhvdir,
Heykələ dönüb, yanılır…
Həyatdır da, gülür də!

 

Rüfət Səid Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma