Azərbaycan Ermənistanın belini necə qırdı?

Rüfət Səid Əhmədzadə

Azərbaycan Ermənistanın belini necə qırdı?

Bu gün işdən evə gələrkən, bir dostumla yol yoldaşı olduq.  İnternet mediyasından söz düşdü. Bir-iki hörmətli qələm adamının adını çəkdi və onların rəhbərlik etdiyi saytlarla bağlı fikrimi soruşdu. 

“Belə də…” deyib ağız büzüncə isə qayıtdı ki, niyə bəyənmirsən, sən də yazarsan, həm də jurnalistsən… Mənsə çox danışmadım və qısaca bu cavabı verdim: “Mən ədəbiyyata İnternetdən gəlmişəm, onlar isə ədəbiyyatdan İnternetə gəlməyə çalışırlar, amma hələ gəlib çıxmayıblar”.

Diqqət etdinizsə, “İnternet” sözünü böyük hərflə yazdım, çünki xüsusi isimdir. Amma bunu çox baş yazarımız bilmir. Öyünmürəm, sadəcə elementar bir detala diqqət çəkirəm.

Yazmaq, yazmağı bacarmaq hələ  işi həll etmir. Qəzet jurnalistikası ilə onlayn jurnalistika tamam fərqlənir. Xəbərin məğzi, necə deyərlər “şirə”si çatdırılmalıdır. Lakin əksər hallarda bunu görmürük. Niyə? Özləri də görmürlər axı… Ya bir cümləni uzadıb 8-9 cümlə etmək üçün “dalay-dalay” üsuluna əl atılır, ya da vacib olan 2-3 cümləni çıxarıb oxucuya çatdırmaq əvəzinə, palaz boyda yazı “copy-paste” olunur. 

Bəzən görürsən ki, bir saytda “filankəs bəhman məsələyə münasibət bildirdi” xəbəri var. Yazıya baxanda məlum olur ki, həmin Filankəs müəllim bəhman məsələylə bağlı danışmaq istəməyib və deyib: “Mən bunu şərh etməyəcəm”. Sən söyə-söyə həmin xəbərdən çıxırsan, amma səni “sazan” yerinə qoymuş sayt redaktoru sayğaca baxıb sevinir ki, bu “xəbər”in hesabına sayta baxışı bir az qaldırdı.

Vəziyyət belədir, sayta baxış davası, erotik şəkillər və mənasız “etiraf”lar vasitəsi ilə adam yığmaq… Elə bilirsiniz ki, saytı başqa yolla artırmaq mümkün deyil? Düşünürsünüz ki, belə hoqqabazlıqla Azərbaycanın mətbuat tarixinə ciddi jurnalist olaraq düşəcəksiniz? “Molla Nəsrəddin”i bütün xalq oxuyurdu? Əlbəttə ki, Ayka-zayka “sarımtıl” xəbər saytlarındakı düşük yazıları oxumaqla maariflənəsi deyil…

Ümumiyyətlə, auditoriya toplamaq üçün kurs müəyyən olunmalıdır və 2-3 ay öz oxucularını toplamağa çalışmalısan. Yoxsa saytı sərsəm yazılarla doldurub nəyə nail olacaqsan? Ol da böyük şair… Ol da böyük yazıçı… Sənə kim mane olur ki, böyük jurnalist də olmayasan? Əlbəttə ki, özün…

Yeri gəlmişkən, Azərbaycan Ermənistanın belini necə qırdı? Dezoların babalı kimin boynuna getdi? Cəmiyyətdə bütövləşmə yarandı, yoxsa, əksinə oldu? Ordumuz pis-yaxşı var, bəs mətbuatımız? İnformasiya müharibəsində də uduzuruq. Müdafiə Nazirliyinin mətbuat xidməti isə… Onların işi lap kefdir. Serj Sarqsyanın adını kiçik hərflə yazmaqla təsəlli tapıyorlar. Eyleniyoruz, abi!…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma