“Bukovskinin təsbehlə sındırılması – 2”

“Bukovskinin təsbehlə sındırılması – 2”
və yaxud postmodernizmin ləzzətsiz qələbəsi

Ey rəssam, bir salama dəymədi
Sənin yuxusuz gecələrin onun fikriylə…
Xəyallarını işğal edən surətə nə oldu?
Niyə turşudu səni gələcəyə ilhamlandıran çöhrə?
Ah, rəssam!

Tut ağacı tut arağı üçünmüş…
Sənsə onu eşq ağacı sayırdın…
Düz divarın dibində bitən o gur ağacın
Şirəli, ağ bəhrəsi heç vecinə deyildi…
Ancaq qonşu qızına baxmağa gərəkirdi.

Onların evi daha dəbdəbəliydi, rəssam…
Onların divarında dəniz peyzajı vardı.
Sən ağlını itirmişdin, lap yaxşı anlayıram…
O rəsmi də qonşu qızıyla birgə
Oğurlamaq düşmüşdü beyninə.
Amma sizin nəsildə bineyi-qədimdən oğru yox idi…
Sənin qismətinə nökərlik düşdü.

Əvvəl malbert daşıdın varlı qonşunun şıltaq qızı üçün…
Sonra sənə meymun kimi təlim keçmək istədi.
Əlində fırça görcək necə də sevinirdi…
Sonrasını danışmayım…
Özün bilirsən, rəssam!
Bir salama dəymədi…
O, səni də yarı yolda buraxdı…
Çəkməyə çalışdığı gözəl arzuları da.

O, özü keçir rəssamlar qarşısına
poza verməyə artıq.
Sənin kimi nə qədər gənc rəssamı məcbur edir kasıblıq…
Qızıllardan irinləyən sinələr çəkməlisən…
Sevgidən məhrum olan gözləri parlatmalı…
Həm də sevinməlisən.

Qələbə çaldın, rəssam!
Ləzzəti olmasa da…
Salama dəyməsə də…
Bu gün uşaqlıq eşqin qarşında soyunubdur…
Sənə təslim olubdur…
Amma belə baxanda
Elə Bukovski də bunu deyirdi…
Dur, gedək Qazağa bir salam verək.

Rüfət Səid Əhmədzadə

Advertisements
Bu yazı Kateqoriyasız içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma