Pis adam

Sən elə də pis adam deyilsən…
Sadəcə çox yorublar
Hər halını bir cür tənqid eləyən
tamaşaçı insanlar.
Sən yola çıxmamısan,
Həyat yolunu deyirəm, qadası…
Sən heç yaşamırsan da…
Səhnədəsən…
Yaxşı rol oynamırsan.

Qafiyəsi yoxdur fikirlərinin…
Bəlkə, ona görə sevmirlər səni?
Hökmü, zabitəsi, azca mübaliğəsi…
Sadə danışmaq da alınmır, yəni?
Sən elə də pis adam deyilsən…
Sadəcə rahat sayıqlamaq keçir içindən…
“Başa düşən yoxdur” demə, qadası…
Kostyumda sayıqlayır satılıb-seçilmişlər.
Müdrikliyi sərsəm bilən insanlar…
Axmaqları müdrik rolunda daha çox sevirmiş.

Sən elə də pis adam deyilsən…
Sadəcə aşağılar səni öz yanında görmək istəmir
Sən yuxarılara layiq birisən…
Yüksəklərə yol alçaqlıqdan keçir.
Bacararsan, bilirsən…
Guya ay ortasında maaşın qurtaranda
özünə ən pis söyüşlər söyən adam deyilsən?
Kənardan nə fikirləşər camaat?
İstedadı var, amma ki, fərsizdir…
Əslində elə pis adam deyilsən.

Advertisements
Bu yazı Kateqoriyasız içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma