“Facebook”da şəxsiyyət olmaq

Qəribə insanlarımız var. Hər şeydə bir bəhanə tapıb mızıx qoymağa hazırdırlar. Hərdən düşünürəm ki, belə insanlara heç nə bəyəndirmək mümkün deyil. Ya da gərək onları “almayasan”,  saymayasan ki, sənə hörmətlə yanaşsınlar. Və ya hörmət etməsələr belə, ünsiyyət qurmaq üçün yeni yanaşma yolları axtarsınlar, sərçə yuvası qədər olmayan beyinlərini səfərbər eləsinlər.

Bəzən rəsmi səhifəmdə belə mesajlar alıram: “Özünüzü niyə bu qədər reklam edirsiz?”, “Bezmədin şeirlərini paylaşmaqdan?”, “Nə istəyirsən camaatdan?” və s.

Şübhəsiz ki, o profillərin sahibinin kimliyi məlum deyil. Ya yeniyetmələrdir ki, hələ onu-bunu sındırmaqla şəxsiyyət formalaşdırar, ya da saxta hesabla sevmədiyi adamları cırnatmağa çalışan uğursuz yazarlar.

Adama sual verəsən ki, rəsmi və şəxsi səhifəmdə nə paylaşacağımı səndənmi soruşmalıyam? Mənim əlim altında hansısa televiziya var ki, özümü reklam edim? Bizim əlimizdə sadəcə profil və səhifələr var. Yazmaq, yaratmaq və paylaşmaq  hüququmuz var. Bunu kimsə qadağan edə bilməz.

“Sosial aktiv” olan insanların da fəaliyyətinə baxaq: şərhlərindən narazılıq, tənqidçilik yağır. Amma özlərinin düşüncəsində “yaradıcılıq “deyə bir zaddan əlamət yoxdur.

Sözümün canı onda deyil. Sözümün belə baxanda bir canı da yoxdur. 2009-2010-cu illərdə ədəbiyyatı sosial şəbəkələrə çıxarmışdıqsa, görünür ki, indi çıxartmaq vaxtıdır… Həyatı sosial şəbəkə olan, ana səhifənin yenilənməsi ilə gündəlik maraq və tələbatı dəyişən insanlar yazarların sözündəki cana da, ruha da məhəl qoymayacaqlar.

Onlar bəzən vətənpərvər, bəzən filosof görünə bilərlər. Bəzən savaşa da hazır dayanıblar… Amma dəyərlər və ideya uğrunda…. İnanırsınızmı? Şəxsən, mən inanmıram. Yaradıcı adamlara sadəcə kef məclisində əyləndirici bir vasitə kimi baxan insanlardan onların nə fərqi var? Mən belə insanlardan heç nə gözləmirəm….

Bəlkə başqa vasitə, yol fikirləşək? İnsanlara “facebook”un yaxşısını qəbul edib pisini atmaq kimi sərsəm şeylər danışaq… Yox, lazım deyil.

Başını buraxın, qoy getdiyi yerə qədər getsin. Həmçinin yazarları da. 1 milyondan çox “facebook” istifadəçisi var. Sizin sevmədiklərinizi sevənlər tapılacaq.

Tolerantlıq gözəllikdir, deyilmi? Çox danışdığımız, amma az gördüyümüz gözəlliklərdən.

Həyat mənası “facebook” olan və özünü burda şəxsiyyət kimi hiss edənlərə isə tolerant yanaşmaq lazımdır. Sizə də, bizə də, onlara da….

 

Rüfət Səid Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma