Səsi Qarabağdan gələn avropalılar

Rüfət Əhmədzadə

Səsi Qarabağdan gələn avropalılar

Bəlkə bu etiraf “düşmən sevindirmək”dir, amma tam səmimi deməliyəm: Son aylarda Dağlıq Qarabağa – Azərbaycanın işğal altında olan torpaqlarına avropalı deputatların, siyasətçilərin, incəsənət xadimlərinin və müxtəlif jurnalistlərin Azərbaycanın rəsmi icazəsi olmadan səfər etməsi məni də qıcıqlandırır.

Və həddən çox… Belə baxanda, qıcıqlanmalı məsələ çoxdur, amma nə edək, xasiyyətim xarabdır. Hər bir orta statistik azərbaycanlı kimi, mənim də özümə görə geopolitik qayğılarım var.

Bu saymazyanalıqdır, hörmətsizlikdir, hətta təhqirdir. Amma maraqlısı odur ki, cibində müxtəlif sanballı dövlətlərin deputat mandatlarını gəzdirən adamların hərəkəti onların şəxsi hərəkəti kimi qələmə verilir, ölkələrinin səfirləri isə mətbuata “Biz onların şəxsi işlərinə qarışmırıq” tipli sözlər deyirlər.

Son aylarda başqa bir məsələ də diqqəti cəlb edir: Suriya və İraqa səfər edən avropalıların adları nəzarətə götürülür, araşdırılır, geri qayıdanların bir çoxu sorğu-suala çəkilir və hətta həbsə atılır. İttihamlar: qanunsuz silahlı qruplaşmaya qoşulmaq, qanunsuz silah gəzdirmək, ölkə sərhədlərini qanunsuz keçmək, qanunsuz silahlı qruplaşmalara müxtəlif şəkildə yardımlar göstərmək…

Qanunsuz!… Dağlıq Qarabağdakı separatçı rejim də (əslində “separatçı” sözü də qondarmadır, amma nə isə, neytrallıq naminə belə deyək) qanunsuz deyilmi? Dünyanın hansısa dövlətinin tanımadığı bu rejimin “İslam dövləti”ndən (İŞİD)fərqi odur ki, onun rəhbərləri insanlar qarşısına qalstuk və kostyumda çıxır. Uzun saqqal və avtomatlarla poza verib “Allahu əkbər” deyə qışqırmırlar… Amma nəticə eynidir. Dağlıq Qarabağda yaradılmış rejim və “Dağlıq Qarabağ Müdafiə Ordusu” qanunsuz silahlı birləşmədir.

Monserrat xanıməfəndi sabah İŞİD mücahidləri üçün konsert versə dünya ictimaiyyətinin münasibəti necə olar? Bu sualın cavabı önəmli deyil.

Əslində heç nə önəmli deyil. Boş-boş danışırıq. Ümid edirik… Təkcə biz yox. Yə qin ki, Avropa dövlətləri öz “dərin”lərində nəyəsə ümid edirlər: bölgəni tam şəkildə Rusiyaya təslim etməmək üçün, ya da Qarabağda avropayönümlü əhval yaratmaq naminə üç-beş adamı ora göndərmək, ya da getməsinə şərait yaratmaq lazımdır… Nəsə dəyişmir ki!

Onların de-fakto torpağı var… Bizimsə de-yure. Amma nə onlar de-fakto torpağın xeyrini görəcəklər, nə də biz de-yure dövlət ərazilərimizin…

Çox pessimist oldu, deyilmi? Demokratiya yoxdur, atam balası. Nə erməni, nə də azərbaycanlı demokratiya barədə düşünə bilmir.

Gözümüzü qan tutub, qan… Silah üçün, kömək üçün, elə lap nəzir üçün də ən yaxın və ən qüdrətli olan kimdirsə, o da məclisi idarə edir. Bu iki millət bir-birinə o qədər oxşayır ki…Buraxasan, dünya dağılana qədər bir-birini qıralar.

Bəlkə torpaqlarıızı verək getsin, özümüz də Avropa bayrağı qaldıraq və avropalı dostlarımız nəhayət bizimlə məzələnməkdən əl çəksinlər? Ya da anlasınlar ki, onlar özləri məzə obyektidir? Əlbəttə ki, belə asanlıqla barışa bilmərik. Axı bizim milli qürurumuz var. Hələ silah almalıyıq, neft və qazımızı Avropaya satmalı, puluna da Rusiyadan raket alıb yığmalıyıq. Amanın günüdür… Bunu da tam səmimi deməliyəm: Monserrat xanımın qəşəng səsi var. Həm də mahnılararası pauzalarda doğma torpaqlarımızdan bizə çox şey danışa bilər.Heyif ki, bizim “qara siyahımızda”dır. Amma Şuşanın işğalını Hadisə ilə birlikdə yada salırıq.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma