Əsas səhifə » Poeziya » Həyasız şeir

Həyasız şeir

Pərdə əvvəl abır-həya qorumaq üçün idi,

Indi ancaq qorxudan çəkilir pəncərəyə.

Əvvəl kim qorxurdu

gecə küçəyə çıxmağa… bimirəm.

Artıq küçələr səhərin qorxusuyla yaşayır.

Əvvəl çox şeirimi qafiyəylə yazırdım…

İndi isə şeirlər səpələnir

Mərmi qəlpələritək.

Sizin yerinzə inqilab edir,

Sizin yerinizə mitinqə çıxır…

Sizin yerinizə torpaqlar alır.

Sizsə “kim daha yaxşı şeir yazır”,

“kimin səsi daha zil?”,

“Kimin arvadı göyçək?”…

– Mübahisələr edin!

Necə bəxtəvərsiniz…

Ah, necə də şənsiniz!

Görün, nə qədər şair

Sizi məftun eləməkçün yaşayır.

Görün, nə qədər bakirə qızcığaz

Siz tanıyasız deyə

Abır-həya pərdəsindən də keçir…

Otel pərdələrinin arxasında….

Yekəqarın kişilərin paçasını qaşıyır.

Yazıq küçələr isə…

Yaşamasa yaxşıdır.

Gecədən səhərə pərdə daşıyır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma