Əsas səhifə » Esselər(içsəslər) » İsanın təsəllisi (gündəlik qeydi)

İsanın təsəllisi (gündəlik qeydi)

Qeyd: Bu bloqdakı yazıları hansısa saytda dərc etmək üçün rufatahmadzada@gmail.com ünvanından icazə almaq lazımdır.

Qüdrət qapısı o zaman qarşımızda açılar ki, acizliyin nə olduğunu bilərik. Bu, mənim öz sözlərim deyil. Beş il əvvəl İsa adlı bir qoca kişi ilə Bakı-Gəncə qatarında yol yoldaşı olmuşdum, ondan eşitmişəm.

Adam alim deyildi, 70-dən çox yaşı olan bu adam uşaqlıqdan keçmiş SSRİ-nin müxtəlif şəhərlərində yaşayıb, daha doğrusu, işləyib. Daha dəqiq desək, yaşamaq uğrunda mübarizə aparıb. Valideynlərini uşaq vaxtında itirib, özü də ailə qurmayıb. Hardan olduğunu da bilmirdi (ya da demirdi), Gəncəyə sadəcə bir tanışının yanına qonaq gedirdi. Bakının uşaq evlərindən Rusiyanın uşaq koloniyalarına qədər “maraqlı” həyat yaşayıb. Bu sirli həmsöhbətim haqqında çox danışa bilmərəm. Çünki mən özüm ondan çox danışırdım. Ürəyi dolu gənclə yol getmək hər kişinin başı üçün deyil. Amma həmsöhbətim məni təmkinlə dinləyir, ara-sıra fəlsəfi sitatlarla mənim “rəvayət”lərimə müdaxilə edirdi.

Acizlik və qüdrət haqqında fikirlərini də, bir dostumun ölümü ilə bağlı söhbətimdə bildirmişdi. Ona danışdığım kimi, eyni emosiya, eyni cümlə quruluşu ilə sizə danışıram:

– Acizliyin nə olduğunu ancaq 2009-cu ilin fevral-mart aylarında anladım. İyirmi üç yaşlı dostum Emil “radikulit” diaqnozu ilə Respublika Xəstəxanasına yatırılmışdı. Amma nəsə şübhəli “diaqnoz” idi. Günü-gündən əridi… Sonra Qanköçürmə İnstitutuna apardılar… Novruz bayramı ərəfəsində evə buraxdılar, bayram axşamında dünyasını dəyişdi. Xərçəngdən. Hələ “Respublikanski”də olarkən, ona baxıb düşünürdüm: mənim ideyalarım, mənim mübarizəm, mənim yaxşılıq və düzgünlük barədə oxuduğum hər şey boş imiş. İndi dostumu xilas etmək üçün heç nəyim yoxdur. İmkanım ancaq ona çatırdı ki, yanında olum, saxta təsəlli verim…

Və İsa dayının, İsa kişinin, İsa babanın dedikləri:

– Qüdrət qapısı o zaman qarşımızda açılar ki, acizliyin nə olduğunu bilərik.

Ondan sonra atam da mənə o hisləri yaşatdı, İsa baba! Sevdiyim insanlar haqqında belə bəd xəbərləri az eşitmədim, İsa kişi! Qüdrət hələ də öz qapısını üzümüzə açmayıb, İsa dayı! Dayılarım daydaylıq edə bilmir…

Sənsə nikbin notlarla 1 cümlə işlətdin, 5 ildir ki, bu şüarla hər bədliyə tab gətirməyə çalışıram. Ax, başım partlayır… Ponti Pilat kimi aciz olmuşam. Di gəl ki, onun kimi edam hökmü vermək imkanım yoxdur. O qüdrətdən bizə bir pay düşmədi. Ya da biz düşəndə səhv yerə düşdük.

Nəyi itirib nəyi axtarırıq? Allahın rəhmətini.

 

 

Rüfət Əhmədzadə

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma