Əsas səhifə » Poeziya » Rüfət Əhmədzadə – … Və sevgimizi möhürlədilər

Rüfət Əhmədzadə – … Və sevgimizi möhürlədilər

Rüfət Əhmədzadə

***

….Və sevgimizi möhürlədilər…
Bax, sinəmizdən də,
qıfıl sallanır bizim.
İri, qalın dəmirlərin “kompozisiyası”…
Acı həqiqətlərin paslı simfoniyası.
Xəyallarımız müsadirə olunur, əzizim….
Bərk yapış, heç olmasa,
Ümidləri demirəm,
“yoxsa”ların əzişdirib gözünü qaraltdığı
“bəlkə” adlı yetimdən.
Ehtimallarımız boğulur bizim.

… Möhürlənmiş beyinlərin arasında düşünmək…
…. Möhürlənmiş ürəklərin sırasında sevmək var.
Möhürlənmiş ziyalı yığınından nə hikmət…
Kimi dindirirsənsə, arxasını çevirir…
Və budur, göz oxşayır qıp-qırmızı möhürlər.
Möhürsüz insan indi
Pasportunu itirən bir vətəndaş kimidir…
Kiməsə qul olmamaq “azad olmaq” sayılmır.

Səni sevməyəcəm,
inanmırsan, yalan demirəm….
İmkan vermə,
Qəlbində mənə inam üstünə bir möhür də basılsın.
İzin vermə, mənə olan sevginin bütün səbəblərini
Bir möhür yox eləsin.
Dürüstlüyü deyirəm…
Bir də mübarizliyi.
Əslində heç nə yoxdur,
“Bəlkə bizim birlikdə parlaq gələcəyimiz var” demişdin…
O “bəlkə”ni möhürün arasından sivişdir…
Bizdən üz çevirməyən ehtimallar olacaq…
Gözümüzü qıp-qırmızı möhür yox…
Qızılı, parlaq Günəş oxşayacaq!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma