Əsas səhifə » Esselər(içsəslər) » Məşhur prezervativ

Məşhur prezervativ

Məşhur prezervativ

Mən yazar kimi “Facebook”da tanındım, elə burda da, tez parlayan poluyarlığım tez bir zamanda söndü.  Emosionallıq, səbirsizlik, yersiz adamlarla lazımsız mübahisələr, səmimilik ziyan elədi. Görünür ki, sosial şəbəkəyə “səhradakı su çəni” kimi yanaşmaq lazımdır, vaxtlı-vaxtında dayanmağı bacarmalısan. Amma məni kimsə şişirmədi, deməli, partlamadım da.

Daha populyar olmaq üçün imkanlar tükənməyib… Əsas odur ki, məşhurlaşmaq yolunda mənəvi azadlığını, şəxsiyyətini itirməyəsən. Özgələrinin “siyasi təcavüz” planlarında alətə, prezervativə çevrilməyəsən.

Söhbətimin mövzusu da elə budur. Mənəvi azadlıq! Hara getdimsə, harda oldumsa, ancaq bunu düşündüm. Mənəvi azadlığım maddi problemlərimə kişi kimi sinə gərdi, əzilməyə qoymadı.

Azadlığın nə olduğunu ancaq şəxsiyyəti olanlar bilər. Çünki “azadlıq” anlayışının kökündə özünü tanımaq, özünü sevmək və sevdirmək, özünü ifadə etmək, özünü inkişaf etdirmək prinsipləri durur. Özünü tanımayan, öz şəxsiyyətinin başqalarının kölgəsində əridənlər üçün azadlıq boş şeydir. Uzaq başı çörək ağacı, qabağa getmək vasitəsi… Amma həyat prinsipi ola bilməz. Heç vaxt!

Günümüzdə sürətlə populyarlaşan adamları çox görürük. Baxırsan ki, şəxsiyyəti yoxdur, savadı da. Amma reytinqli qəzetlər və saytlar, ya da başqa “görünməyən əllər”  həmin məxluqa “kəlməsi qızıl oğlan” imici yaradıblar. Amma heyhat… İçi boşdur. Enlənib, işlənib, sifətindən də qatıq tökülür.

Onlar indi hər şeyi çörəkpuluna bağlayarlar, sabah quruluş dəyişəndə də bəhanə gətirərlər ki, çörəkpuluna görə edirdim, bizi məcbur edirdilər… Əslində isə durum heç də belə deyil. Kimsəni heç nəyə məcbur etmirlər. Düzdür, hansısa şərait yarana bilər, qabağa getmək üçün hansısa yollardan keçməli olarsan… Amma sənin şəxsiyyətin varsa, “qırmızı xəttini” tanımalısan.

O ki qaldı son zamanlar ictimai gündəmdə olan məşhur prezervativlərə… Onları bloka atmışam. Mark günorta-axşam dostluq göndərməyi təklif etməsin deyə… Bir də unutmayaq. Şəxsiyyəti olan nəsli ancaq şəxsiyyəti olan müəllimlər, jurnalistlər, həkimlər, hüquqşünaslar, əsgərlər… Ümumiyyətlə, şəxsiyyətlər yetişdirə bilər. Prezervativ statuslu insanların gələcəyə ötürəcəyi nəslin vay halına!

Rüfət Əhmədzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma