Yumruğun gözəlliyi

Sabitlik gözəl şeydir. Firavanlıq da üstünə gələndə lap fantastika olur. Hələ bayramdan-bayrama, hətta bonus olaraq rayonların işğal günlərində, ADNA terrorunun ildönümündə konsert olanda… Xoşbəxtlik öz kuliminasiya nöqtəsinə çatır.

Məsələn, bəzi müəllimlərin maaşı da artır. Necə ki, Marsda su tapılıb, amma içilməli deyil. Ordumuz bir həftəyə Qarabağı qaytaracaq qədər güclüdür, amma Rusiya qoymur ki, gedib torpaqlarımızı alaq. Köhnə silahlarıı bizə satan da rusdur, amma onların paslanmasına səbəb olan da….

Təxminən 10 gün əvvəl hamı “neft ucuzlaşıb, benzinin qiyməti niyə düşmür” deyirdi. Sonra benzinin qiyməti qəfildən 2 qəpik qalxıb-düşdü, insanlar da “indiki günümüzə şükür” deyib sabit və firavan həyatlarına davam etdilər. Daha narazı statusları da görmək olmur. Düşməsi cəhənnəmə, bundan sonra qalxmasın.

Buna “gərginliyi azaltmaq siyasəti” də demək olar. Nə ad istəsən qoymaq olar, hətta dövlət başçısının yumruq siyasəti də. Bəli, dövlət başçısının avtoriteti belə məsələlərdə görünməli, hiss olunmalıdır. Amma ümid edək ki, bu yumruqdan “prezidentin ətrafı” dediyimiz müəyyən məmurlar çevrəsi də… heç olmasa bir neçə aylığına nəticə çıxaracaq.

O yumruqdan mənə də dəysə, AZTV-yə çıxıb atama qarşı da bol-bol danışaram. Tələb olunsa, jurnalistikanı atıb astronavtika ilə də məşğul olaram. Lap Marsa gedib ordan Şollar suyu da taparam.

Bəli, mən məhz buna görə etatistəm. Buna görə milliyətçiyəm. İstəyirəm ki, mərkəzi hakimiyyət güclü olsun. Amma hakimiyyətin mənbəyi xalqdır… İlk növbədə, xalq güclü olmalıdır. Deyilmi, dosilər?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma