Əsas səhifə » Esselər(içsəslər) » Hər şeyi ruhanilərdən soruşmağın fəsadları

Hər şeyi ruhanilərdən soruşmağın fəsadları

Rüfət Əhmədzadə

 Hər şeyi ruhanilərdən soruşmağın fəsadları

Dinlərə vurulan ən böyük zərbə din adamlarının “hərşeyşünas” olmaq cəhdləridir. Bununla bərabər başqa bir zərbə də dindarların həyatlarında hər şeyi din adamlarının sözlərinə görə nizamlamaq təşəbbüsüdür.

“Hər şey Quranda yazılıb, başqa elmlərdə deyilən yalandır” deyənlər də, bəzən özləri bilmədən inanclı insanların arasında mənəvi böhrana səbəb olur, sanki sivilizasiyanın inkişafını, elmi diskussiyaların əhəmiyyətini inkar edirlər.

Məhz ona görədir ki, bir din adamı çıxıb cinsi həyatla, ya da planetlərlə bağlı nəsə bir açıqlama verəndə, bu, insanların gülüşünə və geniş müzakirələrə səbəb olur. Bəziləri israrla bunu müdafiə etməyə, dəlillər gətirməyə çalışır. Bəziləri isə İslamı baltalamaq üçün əlində bəhanə tapır.

Əgər adam əti yemək nə dinlə, nə də insan təbiəti ilə uyğun deyilsə, həmvətənlərimizin hansısa bir fətvanı bu qədər müzakirə etməsi təəssüf doğurur.

Din Tanrı ilə insan arasında inancı təmin etməlidir, insanların mənəvi rahatlığına xidmət etməlidir. Mahiyyətcə, bütün dinlərin vəzifəsi budur.

Lakin daha çox insanlara təsir etmək. hansısa siyasi məqsədləri həyata keçirmək üçün istifadə olunur. Təsadüfi deyil ki, sadəcə başqa məzhəb fərqinə görə baş kəsən İŞİD sıralarına minlərlə avropalı qoşulub. Ölkəmizdən də Suriya və İraqa İŞİD sıralarında döyüşmək üçün gedənlər də bu oyunların qurbanı olur.

Onlar dinlə elm arasında seçməli olurlar. Halbuki belə bir seçim etmədən də yaşamaq, həm dinə inanmaq, həm də elmi yeniliklərlə tanış olmaq olar.

Elm din deyil və inanmağı tələb etmir. Din də heç kimdən məcburiyyət tələb etmir. Lakin bəzi din adamları özlərini “hərşeyşünas” hesab edir, hər mövzuda ağıllı görünməyə çalışır. Seksapotoloq yerinə ruhani məsləhət verir, fizik yerinə ruhani danışır…Amma yeni ixtiralar, icadlarla yada düşmürlər.

Azərbaycana qaldıqda isə din dövlətdən ayrıdır, dövlətin təhsil və səhiyyə sistemləri, elmlər akademiyası, institutları və araşdırma mərkəzləri var. İnanclının da, ateistin də öz həyatını yaşaması, dünyanı öyrənməsi, suallarına cavab tapması üçün potensial şərait var. Əlbəttə ki, ginekoloqu, astroloqu, mühəndisi molla əvəzləyə bilməz… Odur ki, gerilikçi və dəxlisiz fikirləri və cəmiyyətdə nifaq toxumu səpəcək “versiyalar”ı iqnor etmək lazımdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma