Söhbət Aytac söhbəti deyil ey!..

 

Adətən, sosial aksiyalar və kampaniyalar cəmiyyətə sillə kimi dəyən, ya da daha çox və sürətlə tirajlanan hansısa hadisədən sonra başlayır və normaldır.

Məsələn, Aytac Babayeva ilə bağlı hadisə. Hərə bu hadisəyə bir cür yanaşa bilər, “qızı tanımırdım, nəbilim kim idi”-filan da deyə bilər. Ama bu kampaniyada obyekt o qızla oğlan deyil. Bu cür sosial kampaniyaların mahiyyəti cəmiyyətə mesaj vermək və tolerantlıq, anlayış, həmrəylik təbliğ etməkdir.

“Əsgər ölümlərinə son” aksiyası yadınızdadır yəqin, ondan əvvəl də, ondan sonra da ölüm halları oldu. Amma indi adını unutduğum mərhum gəncə görə insanlar meydana çıxdı – çünki hər ailədən bir övlad o təhlükə ilə üzləşə bilər. Tunisdəki inqilaba da göyərtisatanın özünü yandırması səbəb olmuşdu (əslində təkan desək düz olar). Ondan əvvəl Tunisdə intihar olmurdu mu? Oturub fərdləri təhlil etməkdənsə. bir az geniş düşünək, cəmiyyəti pis nümunələrdən qorumağa çalışaq. Həmin fakta haqq qazandıran, xırda sayan qaqaşların bir yaxın qız qohumu 8 bıçaq zərbəsi alsa nə deyər? Əxlaqı-filanı qoyuram qırağa…

Cinayət və qadına qarşı zorakılıqdan söhbət gedir…

Cəmiyyətimiz çox aqressivləşib.  Hamı öz hirsini bir-birinin üstünə tökməyə çalışır. Dolların məzənnəsindən belə əsəbiləşənlər bir-birinə acıqla davranır….

Bizdə yerlibazlıq güclüdür, millətçilik zəifdir. Şəxsi fikrimdir, amma geniş təhlil edib bu fikrə gəlmişəm: Cəmiyyətimizdə milətçilik köklənmiş olsaydı (ailələrdən başlayaraq), zorakılıq da az olardı. İnsanlar küçədə, ünsiyyətdə bir-biriylə bu qədər aqressiv davranmazdı. Biz də bu gün‪#‎AytacBabayeva‬ haştaqı ilə status yazmağa məcbur qalmazdıq. Həm də övladlarınızla dost olun, bir gün onların ya qatil, ya terrorçu, ya oğru, ya da qurban olduğunu eşitməyəsiniz…

 

 

 

 

 

Advertisements

Söhbət Aytac söhbəti deyil ey!..” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma