Gürcüstan məsələsi…

Mənim indi bu mövzuda yazmağım  “bir az gecikmiş” hesab oluna bilər. Lakin məsələ heç də ancaq “bayraq məsələsi” deyil.

Ötən günlərdə Tiflisdə bayrağımızın təhqir olunması, “Qəbələ” fanatlarının döyülməsi, Qax və Zaqatalaya olan ərazi iddiaları Azərbaycanda çoxunun qəzəbinə səbəb oldu. Amma biz Gürcüstan bayrağını təhqir etmədik, sadəcə gözlədik ki, qarşı tərəfin rəsmiləri sakitləşdirici addımlar atsınlar…

Bəyanat və açıqlamalar oldu, lakin bu halların bir daha təkrarlanmayacağına heç kim zəmanət verə bilməz. Təxribatların olduğu şübhə doğurmur. İki dövlət arasında münasibətlər yaxşıdır və bu münasibətləri zədələmək olmaz.

Borçalı ilə bağlı qətiyyən etiraz etməmişik, iddia qaldırmamışıq, halbuki, Gürcüstan hökuməti ordakı bütün kəndlərimizin başı üstündən xaç ucaldıb, məktəblərə və həmyerlilərimizin təhsilinə isə o qədər diqqət yetirmir. Azərbaycanlılar yaşayan ərazilər nə turizmə, nə də yaşamağa uyğun vəziyyətə gətirilmir. Halbuki, Borçalıda  Batumidən də gözəl cənnət yaratmaq olardı. Nə olsun dəniz deyil? Başkeçiddə (Dmanisi rayonu) Armudlu yaylağı var, orda mən də olmuşam.

Turizm üçün çox əlverişli yerdir, lakin nə Gürcüstan hökuməti, nə də bizim imkanlı iş adamlarımız bu barədə konkret addımlar atmaq istəmir…

Evdə planlaşdırmışdıq ki, yaxın günlərdə Gürcüstana istirahətə gedək. Lakin son hadisələrdən sonra razılıqlı şəkildə səfəri təxirə saldıq. Qərara aldıq ki, öz rayonlarımıza gedək. Məsələn, Qax və Zaqatalaya…

Amma bir həqiqəti də demək lazımdır. Azəraycan rayonlarında otel, kurort və istirahət mərkəzi quran adamlar sanki qiymətləri yerli turistləri vecə almadan, məhz xariciləri düşünərək müəyyənləşdiriblər.

Onlar anlamır, ya da anlamaq istəmir ki, ortalama maaşı 400-500 manat olan Azərbaycan vətəndaşı bir neçə gündə 500 manatdan çox pul xərcləmək potensialına malik deyil. Gərək ən yaxşı halda 1 il boyunca hər ay maaşından 50-100 manat kənara atasan ki, sonra da yayda gedib hansısa rayonumuzda bir həftə “kafa dağıtasan”…

Öz vətəndaşlarımıza qarşı bunu etmək vicdansızlıqdır. Əgər qiymətlər münasib olsa, inanıram ki, bizim gənclərimiz Nabranı, Qaxı, Şəkini, Qəbələni, Lənkəranı, Zaqatalanı, ya da digər rayonları qoyub Gürcüstana getməz…

Gürcüstana gedib pul xərcləməktə inadlı olan dostlarımıza da demək istərdim ki, arada Borçalıda da olun, o pulları öz həmvətənlərimiz olan kəndlərdə də xərcləyin. Necə deyərlər, özümüzünkülərə xeyir verin!

Lakin istənilən halda, mən fərdi qaydada qərar verdim. Bu, Gürcüstan əleyhinə deyil, Azərbaycan lehinə atılan addım kimi anlaşılmalıdır. Dostlarımızı da dəvət edirəm ki, ölkəmizdəki turizm obyektlərinin haqsız qiymətlərinə azacıq da olsa, heç olmasa bir status səviyyəsində etiraz etsinlər.

Qalanı vicdan məsələsidir.. Necə deyərlər, vicdan çox yaxşı şeydir!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma