Əsas səhifə » Esselər(içsəslər) » “Nizaşto” şəhid olmaq

“Nizaşto” şəhid olmaq

Keçən həftə 100 erməni öldü xəbərinə sevinən insanlar indi 70 şəhid xəbərinə kövrəlir. Əlbəttə, kövrəlməlidir.
Vətən oğullarımızı itirmişik. Mən də oğul atasıyam… Amma bir şey deyim. Erməni üçün də, türk üçün də o torpaqlar vətəndir, hər ikisi vətən saydığı torpaq uğrunda ölür. Düzdür, xalqımıza haqsızlıq oldu, müharibədə şəhid də olmalıdır…
Amma və lakin… mən şəxsən öz oğlumun belə mənasız, üçgünlük müharibədə ölməsini istəməzdim. Bir az da açıq danışsaq, sosial və siyasi ədalət olmayan ölkədə hər şəhid belə hədərdir. Mən Əli Kərimlini sevmirəm (nəsə xüsusi simpatiyam yoxdur), hətta atəşkəs pozulanda hökumətə dəstək verdim.
Heyif ki, başbilənlərin başına soyuq dəyib, özləri müxalifəti reklam edirlər… Baxın, onlar ətraflarında gördükləri birlikdən də qorxurlar. Bu sözlərə görə hər təzyiqə hazıram, amma çox heyfsilənirəm. Azərbaycan birinci rüşvətdən və nadanlıqdan azad olmalıdır. Erməni işğalı isə ilk 10-luğun son sıralarındadır.
Söhbəti çox uzatmayacam. Özünüz hər şeyi bilirsiniz. Vətən uğrunda ölmək “nizaşto” deyil, amma sənin ölümünə, fədakarlığına məhəl qoyulmadıqda, avtomatik “nizaştolaşma” prosesi gedir.
Anladınızmı? Di dağılışın…
Rüfət Əhmədzadə
Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma