Əsas səhifə » Esselər(içsəslər) » Teistlər, ateistlər və aftafeistlər

Teistlər, ateistlər və aftafeistlər

Bir məclisə düşmüşdüm, 3-4 nəfər getdik bir otaqda cəmaət namazı qılmağa. Nəysə ki, gördüm bir nəfər alnını möhürün şəkilli hissəsinə sıxır (çırpır da demək olardı). Mənsə möhürü çevirmişdim. Nə isə, sonra bu qardaş mənə yaxınlaşıb ki, bəs məndən sənə qardaş məsləhəti, çalış möhür alnında iz buraxsın, hamı bilsin möminsən.

Elə bildim zarafat edir, amma alnına diqqətlə baxanda ciddi olduğunu anladım (qardaşın alnında yup-yumru bir qızartı var idi). “Lüzum görmürəm” dedim, müctəhidlərdən danışmağa başladı. Mübahisə etmədim, dedim çox sağ ol, yaxşı fikirdir. Məndən cüssəli olmasaydı, həvəslə basıb döyərdim, çünki başa salmaqla düzələcəyinə inanmıram (mübahisə vaxt itkisidir).Yaxşı da ki, idmançı deyiləm, hər tində dalaşardım… İndi belə bir cahil də namaz qılır, ziyalılar da.

Bəzi ateist gənclərimiz isə yığışıb ucdantutma dindarları söyür, Allaha inananların “şərrindən” dövlətə sığınırmış kimi, siyasi yaltaqlığı “maarifçilik”lə sintez etməyə qalxırlar…

Din dövlətdən ayrıdır, amma niyə inadla dinlə dövləti qarşı-qarşıya qoymaq istədiklərini anlamıram. Axı mənim heç bir ateistlə işim yoxdur, öz guşəmə çəkilib duamı-ibadətimi edirəm… İcmalardan, təriqətlərdən də uzağam…

Ailədə də şəxsən zorakılığa və məcburiyyətə qarşıyam. Amma siz bu cür ifratçılıqla cəmiyyətdə panika yaradırsınız. Əgər nə vaxtsa bu ölkədə islam inqilabı və ya ona oxşar bir şey olacaqsa, tək səbəbi o aqressiv və yekəxana ateistlər olacaq. Konkret şəxsləri tənqid edin, bəlkə, mən də dəstəklədim, kim bilir?

Təəssüf ki… Ateizmi aftafeizmlə səhv salanlar da var. Onlar hakimiyyətdən pay almaq naminə özlərini dövlət-vətən təəssübkeşi göstərərlər. Əslində, onlar əqidəsizlərdir.

Rüfət Əhmədzadə

https://rufatahmad.wordpress.com/

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma