Əsas səhifə » Poeziya » Bir öpüş cinayəti

Bir öpüş cinayəti

Bir öpüş cinayəti

(mənsur şeir)

Öpdüm səni. Xəzərin sahilində. Azan səsi altında. Qucdum səni, bir qadın bədənindən bir bakirə nəfəsi gəzdi dodaqlarımda… Dodaqlarım sağa qaçdı. Sol yanağından qulağınadək, bir “səni sevirəm!” pıçıltısıyla…

…Tutdum sənin belindən. O an dünya mənimdi. Nə sağdakı, nə soldakı… İnanki, hətta, Tanrı heç vecimə deyildi! Şeytani hisslərim güc gəldi mənə – ən şirin günahın həvəsi ilə! Ömrümdə ilk dəfə… Belə olmamışdı heç! Bu sevdanın zəfərinə ümidsiz olsam belə, qucaqlamışdım səni – necə də qətiyyətlə!

Sən mənim həyatımda ilk qadınım oldun. Bəli, ilk qadınım! İndiyədək heç kimi belə hiss etməmişdim… Bu qədər yaxın, yaxan! Belə hisslər keçirməmişdim qəti! Məni ruhən ayaqda ikən yıxan…

… Sən dünyagörmüş qadın, mən acıçəkmiş oğlan. Sən özünü unudurdun, mən isə, həyatımı… Hətta, doğmalarımı düşünməyəcək qədər! Gözlərimi yumurdum, qaçırdım bu ölkədən – sənlə xəyallarımda. Amma, sən xəyal deyil, tamam həqiqət idin! Sən mənimdin – yanımda! İnan ki, hələ də, inanammıram!…

… Necə də xoşbəxtdim! Və kimsəsiz yetim kimi özümü hiss edirdim – belə bizim hər anımız birlikdə keçər deyə! Sanki, kimsə yox idi, məni gözləyən evdə… Anamın zəngi qaytardı birdən, məni sənin dünyandan, hamının dünyasına!

Sən məni cırnadırdın, məni cırmaqlayırdın… Uzun dırnaqlarınla, deşirdin mənim qabırğalarımı… Ən şirin acılar daddırıb mənə… İndi düşünürəm, olarmı yenə!?…

..Artıq gecdir. Qaranlıqdır. Səni də gözləyən var, məni tələsdirən var. Səni yola salıb da, tez evə qaçmalıyam. Anama yalan satıb, dostlarımın adını çəkməliyəm… Özümü lap qız uşağı kimi hiss edirəm – yasaq olan sevginin ocağında! Qəribədir! Görəsən, bizim bu yasağa uymağımızla, cəmiyyət də adil olacaqmı? Axı, bizi ikimiz də…

… İki ədib əl-ələ, deyə-gülə yol gedir. İkisi də xoşbəxtdir. İkisi də sevincək! Unudublar özlərini. Kənardan keçənlərin baxışları olmasa, bəlkə xatırlamazlar, aralarında olan bir neçə yaş fərqini!
Amma, önəmli deyil. Mənə önəmli deyil! Sadəcə, acı verən bir şübhə var beynimdə – bizim gələcəyimiz.. Kaş ki, məni həyəcana nəyin saldığını sən… Hiss edəydin, əzizim!

Biz ədiblər… Yoxsa, ədəbsizlər? Əminəm ki, bizi birlikdə süzən… Hər kəs pis-pis düşünər! Nə edək ki, biz birlikdə azad olmaq istərik!? Nə edək ki, mən sənin, sənsə mənim olmaq dilərsən ancaq! Nə başqa sahib gərək, nə də başqa qul-nökər!…

… Çatdıq sizin binaya. İndi, səni yola salmalıyam mən… Bir qısa öpüşlə çıxıb gedirsən… Mənsə səni bu cür yola salıram:

“Bax, səninçün indidən darıxıram!”

Sənsə təbəssümlə aralaşırsan… İradəsizliyiməmi gülürsən!?

Gedirsən… Bir neçə saniyə seyrində qaldım… Və evə qayıdıb, bu şeiri yazdım.

Nöqtələrlə gözləyirəm davamı…

Bir öpüş cinayəti” üçün 10 cavab

Dilbar Askerova üçün bir cavab yazın Cavabı ləğv et