Əsas səhifə » Poeziya » Mən elə bilirdim…

Mən elə bilirdim…

(mırto-melanxolik şer)

Çox peşman olsam da doğulmağıma,

Salaram yenə də sırtıqlığıma!

Deyərəm ağalıq tənhalığıma,

Artistlik edibdir məni optimist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

Baxma ki, xam olar xəyallarım da,

Mən xanlıq edərəm xəyallarımda!

Mənə ilham verər xəyal yarım da,

Mən xəyal rəssamı, qələmimsə, kist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

Salmışam mehrimi qara bitkiyə,

Tüstü buraxıram indi sevgiyə.

Vallah, sevinirəm mən bu itkiyə!

Cəhənnəmə olsun Leyli fatalist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

 

Hey “Vətən” söylədim qürbətdə belə,

Adını həzz ilə gətirdim dilə!

Həmvətən görəndə sevindim elə,

Bilmədim ki, müflis edər aferist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

Qloballaşdıqca peysərləşirik,

Ünsə girə-girə, ünsürləşirik!

 

Deyirlər, idmanda masterləşirik,

Gündə medal alır “niqodnı” sambist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

 

Hatəmlik edənə “hətəm” deyərlər!

Boğulan məzluma “zökəm” deyərlər!

Peydər-pay “bankə”lər “pakam” deyərlər!

Tap bu faciədə gülüş, Jan Batist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

 

Baxıb yaxşılığın axmaqlağına,

Tüpürdüm insanın halallığına!

Keçsəydim bu yurdun krallığına,

Tarixdə olmazdı mən kimi sadist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

 

Bax, qalıb yetimin gözü çorəkdə,

Asılıb məzənnə arzu-diləkdə!

Qısılıb Rüfət də kamı ürəkdə,

“Devrim” deyə-deyə, gəbərsin faşist!

 

Mən elə bilirdim, ölərəm sənsiz…

Mən sənsiz ölmədim, oldum publisist!

Rüfət Əhmədzadə
23 yanvar, 2010-cu il

Mən elə bilirdim…” üçün 8 cavab

  1. cox qeweng werdir… Ellerinize sagliq… Sabirin satirik werlerine benzetdim, lap.. elaaa..
    men ele bilrdim olerem sensiz,
    men sensiz olmedim, meni bagiwla.. – Ramiz Rovwen ” Qismet”

    • minntədaran… çox maraqlıfason şərhdir. o ki, qaldı mənim şerimin mənasına… məna hiss etməsəydim yazmazdım. Sadəcə, məni publisistikaya itələyən müəyyən şəxsi şeylər olmuşdu, əziz qələm dostum. Ona görə də, elə bir rədif yazdım. Mənim üçün publisistika ölümlə mübarizə aparmaqdır. Həyat çox qəribədir!!!)))

Bir şərh yazın