Əsas səhifə » Poeziya » Cəsarət

Cəsarət

Əllərinin titrəməsindən bildim,

Gözlərinin qətiyyətsiz baxışlarından…

Bənizinin qızarmasından bildim,

Sözlərinin səssiz yarışmasından…

Hisslərinin qarışmasından bildim,

Gizlincə, içdən hayqırışmasından!

Təzadlı duyğulardan yoğrulub,

Dodaqlarında asılıb qalan,

Mənim arzum olan

Kəlmələri eşitdim

Qərq etdiyin sükutun qucağında!

Qürurunla savaşmaqdan yorulub,

Boğazında qısılıb qalan,

Diri-diri,

Məndən gizli,

Sənin gömmək istədiyin

Gerçəyi hiss elədim

-Səmimi olmaqdan utanmağında…

…Amma, eyb etməz!

Əsas odur ki,

Bilirəm, sevirsən məni qəlbində!

Hələ utanırsan,

Hələ çəkinirsən,

Belə düşünürsən:

“Birdən sınaq olar,

Sınar qürurum!”

Elə, bu səbəbdən,

Cavab vermirsən…

Susursan!

Mən israr edincə isə,

Təngə gəlib,

Qəti bir “yox!” deyirsən…

…Sən artıq peşmansan,

Mənsə əsəbi

– Necə pərt elədin öz sevdiyini!

Məgər, çətinmiydi olanı demək?

Məni sevindirmək yerinə üzmək!?

Nə olar, lap yaxşı!

Fikrinə sayğı!

Mən dik başla gedim,

Sən başaşağı…

…Amma, getməmişdən,

Bir sirr də deyim:

Əslində, mən səni sınağa çəkdim

– Sən isə, uduzdun, qorxaq sevdiyim!

Rüfət Əhmədzadə

Cəsarət” üçün 11 cavab

  1. hmm.. o xanima haqq da qazandiriram, belke de qinayiram…
    mence sevgide sinag olmamalidir.. oglan onun neyini sinayir ki??!! qizin qorxaq cixmasi sevgiye tesir etmemelidir… neyse, inanmadim oglanin sevgisine.. 🙂 bele… thanx, maraqli idi…

Bir şərh yazın