Əsas səhifə » Poeziya » Kişilər

Kişilər

Bığ-saqqal arasında keşniş kimi dil tərpədən
kişilər kişnəyirlər bir çayçı köşəsində kişilikdən.
Onlar da kişi imiş,
necə üzüm quruyub axırda kişmiş olur…

Bu kişilərdən biri hansısa nakişinin
hansısa bir kişinin qızının qızlığını pozmasından danışır.
Dinləyən qulaqlara gülən gözlər qarışır,
Ağızlardan “kişidi bu!” kimi sözlər sayrışır.
Aralarında birinin ağlı çaşır
təsəvvür etdikdə bu hadisəni
– əlin atıb kişiliyin qaşıyır…

Bu kişiləri də başa düşmək olar.
Çünki, onlar da yaxşı başa düşür
necə nakişi kişi olduqların.
Yəqin, ona görə yer axtarırlar,
Basdırmaq üçün əllərində qalmış
kişilik nişanların.

Kişilər” üçün bir cavab

Bir şərh yazın