Qıp-qırmızı bir esse

və yaxud

İntellektual həyasızlıq olmayan cəmiyyətdə sosial mərifət axtarmayaq!

Nə xoş! Adnan Hacızadə və Emin Milli bir-birinin ardınca azadlığa buraxıldı. Haqq etdikləri, lakin, bir ildən çox həsrət qaldıqları bir azadlığa. Əslində, onlar deyil, azadlıq onlara həsrət idi. Çünki, mübariz adamların mübarizədən kənarlaşması ilə, qələbənin gəlişi də ləngiyir. Və “Azadlıq İlahəsi”nin burnu göynəyir öz aşiqləri üçün. İndi, yəqin sevinir… Amma, bir daha təəssüf ki, indi onlar cəzalarını “şərti həbs” olaraq çəkəcək və etmədiklərinə görə dövlətə pul ödəməli olacaqlar. Ümidvaram, onların qarşısına əlavə “şərt”lər qoyulmayıb.

O ki qaldı Adnan Hacızadə buraxılan gün Bəxtiyar Hacıyevin həbsinə… Mən bunu Adnanın azadlığına sevinclə yatıb durduqdan sonra öyrəndim. Amma, qətiyyən təəccüblənmədim. Çünki, elə şad xəbəri eşidən kimi də, öz bloqumda yazmışdım: “Adnan buraxılırsa, yəqin ki, yerinə bir başqası da gedəcək.” Niyə belə düşünmüşdüm? Çünki, YAP hakimiyyəti dissident yazarların və içində azadlıq eşqi göynəyən narazı vətəndaşların “özünü buraxması”na yol verə bilməz. Gərək ki, cəmiyyətdə daim qorxu, həyəcan və pəjmürdəlik olsun…

Oxumağa davam et