Gənc beyin vurnuxanda

(Re-Esse)

Ötən yazılarımın birində, antik ədəbiyyatdan bəhs etmişdim. Və indiki (ən son 7-ci əsrdə nazil olan Quran və ondan sonra belə) dini ədəbiyyatda təkrarçılıq elementlərinin olduğunu qeyd etmişdim. Əlbəttə ki, var. Amma, qədim yunan əsatirlərində və digər şərq əfasənələrindəki çoxtanrıçılıq elementlərinin vahid qüvvədə birləşməsi və bəzi fərqlər şəklində.

Oxumağa davam et

(s) Eksklüziv esse

Şəklin yazıya qəti dəxli yoxdur!

və yaxud

Seksual intellektlə intellektual seks

Ötən yazılarımın birində, belə bir altbaşlıq yazmışdım: “İntellektual həyasızlıq olmayan cəmiyyətdə ictimai mərifət axtarmayaq!” Nə gözəl! Necə də, təm-təraqlı (təhlükəli) və səslənişi gözəl bir şüar imiş! Axı, cəmiyyətdə sayılıb-seçilən (“satılıb-seçilən”ləri demirəm) ziyalılar öz  təhlil və tənqidləri ilə digər vətəndaşları məlumatlandırmasalar, demaqogiyaya ruhlandırmasalar, onların hüquqlarının müdafiəsi də çətinləşər.

Oxumağa davam et

They don’t care about us!

Və yaxud

Böyüklər üçün yekə bir nağıl

(felyeton)

Biz də bu dünyaya onlar kimi, əynimizdə əynimiz ilə gəldik. Onlar da bizim kimi, ilk hava udqumunda ağladılar.

Biz də daddığımız zəhrimarın nə olduğunu, düşdüyümüz xarabanın necə göründüyü bilmək üçün, qorxa-qorxa göz açdıq. Elə onlar da eynən. Bizim gözlərimizi böyüklər açdı… Onların gözlərini YEKƏLƏR.

Oxumağa davam et

Qıp-qırmızı bir esse

və yaxud

İntellektual həyasızlıq olmayan cəmiyyətdə sosial mərifət axtarmayaq!

Nə xoş! Adnan Hacızadə və Emin Milli bir-birinin ardınca azadlığa buraxıldı. Haqq etdikləri, lakin, bir ildən çox həsrət qaldıqları bir azadlığa. Əslində, onlar deyil, azadlıq onlara həsrət idi. Çünki, mübariz adamların mübarizədən kənarlaşması ilə, qələbənin gəlişi də ləngiyir. Və “Azadlıq İlahəsi”nin burnu göynəyir öz aşiqləri üçün. İndi, yəqin sevinir… Amma, bir daha təəssüf ki, indi onlar cəzalarını “şərti həbs” olaraq çəkəcək və etmədiklərinə görə dövlətə pul ödəməli olacaqlar. Ümidvaram, onların qarşısına əlavə “şərt”lər qoyulmayıb.

O ki qaldı Adnan Hacızadə buraxılan gün Bəxtiyar Hacıyevin həbsinə… Mən bunu Adnanın azadlığına sevinclə yatıb durduqdan sonra öyrəndim. Amma, qətiyyən təəccüblənmədim. Çünki, elə şad xəbəri eşidən kimi də, öz bloqumda yazmışdım: “Adnan buraxılırsa, yəqin ki, yerinə bir başqası da gedəcək.” Niyə belə düşünmüşdüm? Çünki, YAP hakimiyyəti dissident yazarların və içində azadlıq eşqi göynəyən narazı vətəndaşların “özünü buraxması”na yol verə bilməz. Gərək ki, cəmiyyətdə daim qorxu, həyəcan və pəjmürdəlik olsun…

Oxumağa davam et

Publisistin bubliki

(esse)

Publisistika mövzusunda, çox peşəkar yazarla söhbət etdim. Və hamısından da təxminən eyni fikirlər eşitdim. Onların fərdi lirika üzərində başlayan fəaliyyəti publikanın istehlak prosesində “deformasiya” olub. Maraqlı və təzadlı bir məqam var. Publisist öz fikirlərini yazır. Amma, o fikirləri ki, oxucu oxumaq istəyir. Və təkrarən düşünmək. Bəli, bəli, düşünmək! Daha, dəqiq ifadə etsək, publisist oxucu fikirlərini məcmu hala salır, ona öz fikirlərini toplamağa və təsəvvürünü aydınlatmağa kömək edir. Şüuraltına yol tapır. Təbii ki, yaxşı publisist. Yaxşı publisist isə, yaxşı bir filosof kimidir: Oxumağa davam et